Gənclər
Kitabxanası Əliağa Şıxlinskinin 160 illiyini silsilə
materiallarla qeyd edir
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında Azərbaycanın görkəmli hərb xadimi
Əliağa Şıxlinskinin (1865–1943) həyat və fəaliyyətindən,
şanlı hərb yolundan bəhs edən “Artilleriya
generalı Əliağa Şıxlinski – 160” adlı daycest və
videomaterial hazırlanıb.
Kitabxananın saytında (https://www.ryl.az/funds/daycest)
yerləşdirilən daycestdə Əhməd Qurbanoğlunun
“Artilleriya allahı”nın Port-Artur əfsanəsi
Əliağa Şıxliniski – 160: Unutsaq unudularıq” adlı
məqaləsinin “Şıxlinski soyadı haradan
qaynaqlanır?”, “Port-Arturda çəkdiyiniz yetər”,
“Şıxlinski üçbucağı”, “Şıxlinski
formulu” və fransız polkovnikin dedikləri”, “Ordu xalqın
istinadgahıdır” kimi başlıqlar altında
Əliağa Şıxlinskinin həyat və fəaliyyətinin
maraqlı, tarixi əhəmiyyətli aspeklərinə
işıq salınır, onun parlaq artilleriya bilicisi,
yaxşı təşkilatçı, bacarıqlı müəllim
olması diqqətə çatdırılır.
Daycestdə Əliağa Şıxlinski haqqında
2009-2025-ci illərdə dövri mətbuat səhifələrində
dərc edilmiş məqalələr illər üzrə,
daxildə isə əlifba ardıcıllığı ilə
biblioqrafik təsviri və annotasiyası daxil olmaqla sərgilənir.
Bundan əlavə, kitabxana əməkdaşları tərəfindən
hazırlanan videomaterialda generalın həyat və fəaliyyətini
əks etdirən fotolar, nadir videogörüntülər, Azərbaycan
hərb tarixində ilk və yeganə hərbi memuar olan və
generalın şəxsi diktəsi ilə yazılan “Xatirələrim”
kitabı haqqında məlumatlar yer alır.
“Artilleriya generalı Əliağa Şıxlinski –
160” adlı videomaterial da kitabxananın saytında
(https://www.ryl.az/multimedia/eliaga-sixlinski-160) yerləşdirilib.
525-ci qəzet .- 2025.- 23 aprel(¹68).- S.9.