Gənclər Kitabxanasında
görkəmli alim Mikayıl Rəfiliyə həsr olunmuş
virtual kitab sərgisi hazırlanıb
Bu il poeziyamızın görkəmli nümayəndəsi,
sevimli şair, ədəbiyyatşünas, tənqidçi,
filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin anadan
olmasının 120 illiyi tamam olur. Bu münasibətlə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
şairin həyat və yaradıcılıq yolundan bəhs edən
virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə
Mikayıl Rəfilinin təhsil illəri, bədii
yaradıcılığı, Azərbaycan tərcümə ədəbiyyatına
verdiyi töhfələr haqqında məlumat verilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən
virtual kitab sərgisində şairin müəllifi olduğu
“Nizami. Həyat və yaradıcılıq”, “Pəncərə”,
“Lirik şeirlər” kimi kitablarının, Viktor Hüqonun
“Gülən adam”, “Paris Notr – dam kilsəsi”, “Səfillər”,
Onere de Balzakın “Qobsek”, “Qorio ata” kimi tərcümələri
haqqında məlumat verilir, dövri mətbuat nümunələri
sərgilənir.
525-ci qəzet .- 2025.- 25 aprel(¹70).-S.9.