Gənclər kitabxanası “Ədəbiyyatımızın
Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını
istifadəçilərə təqdim edib
Bu ay XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş,
yüzlərlə tələbənin qəlbində, hafizəsində
silinməz izlər, gözəl xatirələr ilə
qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir
Cəlal Paşayevin anadan olmasının 117-ci
ildönümü tamam odur. Bu münasibətlə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
görkəmli alimin həyat və
yaradıcılığından bəhs edən “Ədəbiyyatımızın
Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazası
hazırlanıb.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən
elektron məlumat bazasında yazıçının həyat
və fəaliyyətinin əsas tarixləri, bir sıra
görkəmli şəxslərinin onun haqqında söylədikləri
dəyərli fikirlər, rəsmi sənədlər, layiq
görüldüyü orden, mükafat və fəxri adlarla
yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unudulmayan
Mir Cəlal müəllim”, professor Nizaməddin Şəmsizadənin
“Yazıçı şəxsiyyəti: səmimiyyət və
cəsarət...” kimi məqalələrinin tam mətni təqdim
edilir.
Elektron bazada görkəmli alimin türk, rus, ərəb,
alman dilinə tərcümə edilən yaradıcılıq
nümunələrinin, uşaqlar üçün işlədiyi
kitabların, dərsliklərdə, məcmuələrdə,
dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin,
publisistik məqalələrinin, yazıçı haqqında
qələmə alınan kitabların, məqalələrin
siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan bazada “Tərcümələr”, “Dissertasiya və
avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və
videoqalereya” bölmələri, kitablarının virtual sərgisi
də təqdim edilir.
Filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayev haqqında hazırlanan virtual kitab sərgisi
kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .-2025.- 26 aprel(¹71).- S.18.