Gənclər
Kitabxanası akademik Zərifə Əliyevanı yad edib
Bu gün Əməkdar elm xadimi, tibb elmləri doktoru,
professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü Zərifə xanım Əliyevanın anadan
olmasının 102-ci ildönümü tamam olur. Bu münasibətlə
Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli
ziyalısı Zərifə xanım Əliyevanın mənalı
həyat yolundan və dəyərli elmi fəaliyyətindən
bəhs edən biblioqrafik icmal və videomaterial
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda bir
sıra rəsmi sənədlərin “Azərbaycanda oftalmologiya
elminin inkişafında və oftalmoloji xidmətin təşkilində
akademik Zərifə Əliyevanın rolu” adlı məqalənin
tam mətni təqdim edilir. Bundan əlavə materialda Zərifə
xanımın həyat və fəaliyyəti, müəllifi
olduğu Azərbaycan, ingilis və rus dillərində
çap edilən əsərləri, onun haqqında yazılan
kitablar və monoqrafiyalar öz əksini tapır. İcmalda
50-dən çox kitabın biblioqrafik təsviri, qısa
annotasiyası, kitabın yerləşdirildiyi linklər təqdim
edilir. Hazırlanan material kitabxananın rəsmi saytında
yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan videomaterialda akademik Zərifə xanım
Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, Azərbaycanda
oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələr,
layiq görüldüyü mükafat və fəxri adlar
haqqında geniş məlumat təqdim edilir. Videomaterialda Zərifə
xanım Əliyevanın foto və videoarxivindən
görüntülər də sərgilənir.
“Akademik Zərifə xanım Əliyeva - 102” adlı
material kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .-2025.- 29 aprel(¹72).- S.9.