Azərbaycan - Avropa İttifaqı münasibətlərində
dönüş nöqtəsi
Azərbaycan - Avropa İttifaqı (Aİ) münasibətlərində
yeni bir mərhələ başlayır. Avropa
İttifaqının Xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi,
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ötən
həftə sonu Bakıya səfəri və verilmiş bəyanatlar
bunu deməyə əsas verir. Ümumilikdə, xanım
Kallasın səfəri Azərbaycan - Aİ əlaqələrində
dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, bir daha aydın oldu ki,
Aİ Azərbaycanın əhəmiyyətini, onun regionda
mühüm oyunçu olduğunu, geosiyasi önəmini qəbul
edir və münasibətləri yeni səhifədən
başlamaq istəyir.
Xanım Kallasın səfəri zamanı enerji, nəqliyyat,
təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi
və digər məsələlər diqqətdə olub.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qəbul edilən ali nümayəndə Avropa
İttifaqının Bakı ilə əlaqələri
yüksək dəyərləndirdiyini və bu münasibətləri
daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib.
O, Aİ ilə Azərbaycan arasında enerji sahəsində
çox uğurlu və səmərəli əməkdaşlığın
olduğunu vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında etibarlı tərəfdaş rolunda
çıxış etdiyini söyləyib. Nəqliyyat
bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da
çox mühüm regional bir dövlət olan və vacib
geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini
vurğulayıb.
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin
inkişafında hər zaman maraqlı olub. Tərəflər
arasında bir sıra sahələr üzrə əməkdaşlıq
qurulub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində çox vacib rola malikdir. Hazırda
Azərbaycan Avropanın 10 ölkəsini, o cümlədən
Avropa İttifaqının 8 üzvünü qazla təchiz
edir. Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə
görə Avropa məkanını qazla təmin edən ilk
ölkələrdən biridir.
Son illər isə yeni istiqamət olaraq Avropa ilə bərpa
olunan enerji sahəsində də əməkdaşlığa
başlanılıb. Prezident İlham Əliyev xanım Kallasla
görüş zamanı bu məqama diqqət çəkərək
deyib ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq
üçün böyük imkanlar mövcuddur. Ölkəmiz
Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji
resurslarına malikdir. Eyni zamanda, Azərbaycan Mərkəzi
Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər
enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz
istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan,
son dövrlərdə isə Bolqarıstanın da
qoşulduğu layihələrin
reallaşdırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan
Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında yaşıl enerjinin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş
imzalanıb. Prezident İlham Əliyev həmin mərasimdə
bu sazişi Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsinə daha bir ümumi töhfə adlandırıb.
Dövlət başçısı bildirib ki, bu sənəd
yaşıl enerji təhlükəsizliyinin yaradılması
üçün olduqca mühüm sazişdir.
Ötən ilin noyabrında Bakıda keçirilən
COP29 çərçivəsində isə Azərbaycan,
Qazaxıstan və Özbəkistan hökumətləri
arasında "yaşıl enerji"nin inkişafı və
ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş imzalanıb. Azərbaycan, Qazaxıstan və
Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa
olunan enerjinin inkişafı və ötürülməsi ilə
bağlı bu layihə həmçinin Qara dəniz enerji
kabeli ilə əlaqələndiriləcək. Başqa
sözlə, bu, yeni "yaşıl enerji dəhlizi"nin
yaradılması deməkdir. Beləliklə, Azərbaycan ənənəvi
enerji ilə yanaşı, yaşıl enerji təhlükəsizliyinin
təmini məsələsində də vacib aktora çevrilmək
imkanlarına malikdir.
Azərbaycan Prezidenti görüşdə bildirib ki,
ölkəmizlə Avropa İttifaqı arasında qazla
yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq
üçün geniş imkanlar var. Bu günlərdə
"Mərkəzi Asiya - Avropa İttifaqı" sammitində
çıxışı zamanı Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Özbəkistan və
Azərbaycanla birlikdə "yaşıl enerji"nin Avropa
İttifaqı bazarına ötürülməsi
üçün Xəzər-Qara dəniz-Avropa Yaşıl
Enerji Dəhlizinin tikintisi ilə bağlı irimiqyaslı
layihə üzərində işə başlayır.
Göründüyü kimi, Azərbaycan hər bir baxımdan
həm region, həm Avropa İttifaqı üçün vacib
rola malik tərəfdaşdır.
Digər mühüm mövzu isə təbii ki,
regional təhlükəsizlikdir. Nəqliyyat,
kommunikasiyaların inkişafı üçün regional təhlükəsizlik
önəm daşıyır. Məlumdur ki, İkinci
Qarabağ müharibəsindən sonra
Azərbaycan - Ermənistan sülh prosesində vasitəçi
kimi çıxış etməyə çalışan
Aİ, özünü doğrulda bilmədi. Bu istiqamətdə
müəyyən addımlar atılıb, görüşlər
təşkil edilsə də, təəssüf ki, daha sonra
Aİ neytral qala bilmədi, Azərbaycana qarşı təzyiq
ritorikasını işə salmağa
çalışdı. Əlbəttə ki, bu, Fransanın əli
ilə baş verdi, amma Aİ rəhbərliyi də
Fransanın pozucu mövqeyi qarşısında geri çəkildi.
Bu gün artıq yanaşma dəyişib. Hər kəs
anlayır ki, Azərbaycanla təzyiq dilində danşmaq,
öz şərtlərini diktə etmək mümkün deyil.
Əks halda, itirən tərəf elə özləri olur.
Aİ də əvvəldən bu siyasətinin yanlış
olduğunu anlamalı idi. İkincisi, Azərbaycan-Ermənistan
sülh prosesində vasitəçiyə heç bir ehtiyac
yoxdur. Tərəflər özləri danışır,
hansısa məsələlərdə razılığa gəlir
və s. Xanım Kallas Bakıda söyləyib ki, Azərbaycan
və Ermənistan arasında əlaqələrin gücləndirilməsi,
sülh sazişinin dayanıqlı olması və təmin
olunmasına yaxından dəstək veririk. O, eyni zamanda Azərbaycanı
regionda əhəmiyyətli tərəfdaş
adlandırıb və əlaqələrin gücləndirilməsi
baxımından gözləntilərinin olduğunu söyləyib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin üzvü Cavid Vəliyev mövzu ilə
bağlı bildirib ki, Azərbaycan ərazi baxımından
kiçik bir dövlət ola bilər. Amma xüsusilə son
proseslər onu göstərdi ki, Avrasiya məkanında cərəyan
edən hadisələrdə mərkəzi dövlət
olmağı bacarmışıq: "İstər
Ukrayna-Rusiya məsələsi, istər Yaxın Şərqdə
cərəyan edən hadisələr, istər Mərkəzi
Asiya baxımından bir çox məsələlərin
müzakirəsi, görüş yeri Azərbaycandır.
Əlbəttə ki, bütün bunlar bir günün deyil,
illərlə aparılan etibarlı, davamlı, müstəqil
xarici siyasətin nəticəsdir".
Ekspert bildirib ki, Azərbaycan hər zaman Aİ ilə əməkdaşlığa
üstünlük verib: "Bunun obyektiv və subyektiv səbəbləri
var idi. Obyektiv səbəbləri ondan ibarət idi ki,
Aİ-nin Azərbaycanın təbii qazına və neftinə
ehtiyacı var idi, bunun nəticəsində bu gün Aİ-Azərbaycanın
xarici ticarətində birinci yerdədir. 90-cı illərdə
ticarətin mərkəzi Avropada idi, bununla əlaqədar
olaraq onlarla həm enerji sahəsində, həm də nəqliyyat
sahəsində əməkdaşlığımız
inkişaf edirdi. Amma təəssüf ki, Azərbaycan öz
torpaqlarını işğaldan azad etdikdən sonra Aİ-dən
fərqli yanaşmalar görməyə başladıq.
Qarabağ zəfərindən sonra Azərbaycan siyasəti ilə
bağlı Aİ-nin öz içində də mübarizə
var idi. Bir tərəfdən Fransanın rəhbərlik etdiyi
bir qrup var idi ki, Azərbaycanla Aİ arasında münasibətlərin
inkişaf etməsinə çox ciddi şəkildə zərər
verirdilər. Adətən Aİ-nin Azərbaycan, Cənubi
Qafqaz siyasətini monopoliyaya almağa
çalışırdılar. Digər tərəfdən mən deyərdim ki, Aİ-nin içində
fərqli yanaşmalar da var idi. Kallasdan əvvəl Aİ-nin
ali nümayəndəsi Cozef Borell Azərbaycana qarşı
çox neqativ və subyektiv mövqe sərgiləyirdi. Ermənistana
silah yardımının göstərilməsində
aparıcı şəxslərdən biri idi".
O hesab edir ki, Aİ-nin Azərbaycana yönəlik siyasətinin
belə yekunlaşacağı bəlli idi: "Çünki
Avropa ölkələrinin əsas enerji mənbəyi olan Azərbaycandan
belə vəziyyətdə asan şəkildə imtina etmək
onlar üçün mümkün deyildir. Aİ-dəki
Fransanın liderliyi ilə Cənubi Qafqaz siyasəti üzrə
monopolist qrup var idi, onlar düşünürdülər ki,
Azərbaycana təzyiq edib istənilən nəticəni ala
biləcəklər. Ətrafdakı bəzi ölkələrlə
də əməkdaşlıq edərək Azərbaycanı
sıxışdırmağa çalışacaqlar. İstədikləri
nəticəni əldə edə bilmədikdə tam tərsinə
Azərbaycan xarici siyasətində sonuncu hadisələrin də
göstərdiyi kimi daha çox hərəkət sahəsi
qazandığı üçün onlar geri çəkildilər,
daha nisbətən praqmatik və rasional qərar verən şəxslər
ön plana çıxdılar ki, Azərbaycanla münasibətlərdə
nisbətən yeni bir dövr başlatmağa
çalışsınlar".
C.Vəliyev deyib ki, 2022-ci ilin iyul ayında Azərbaycanla
Aİ arasında imzalanan enerji sahəsindəki müqavilədə
əsas hissələrdən biri yaşıl enerji sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi idi.
Azərbaycanın həm yaşıl enerji
istehsalçısı, həm tranzit ölkə olaraq burda əhəmiyyəti
artıb: "Ənənəvi və yaşıl enerjidən
başqa, bu gün Azərbaycanın Avropa üçün əhəmiyyətini
artıran eyni zamanda nəqliyyat dəhlizləridir. Orta dəhlizin
inkişaf etdirilməsi Avropa üçün olduqca vacibdir.
Çünki Rusiya üzərindən təkcə enerji
idxalı azalmadı, eyni zamanda, nəqliyyat xətti də
azaldı. Bu gün ABŞ ilə ticarəti azalan Avropanın
Çinlə ticarətə ehtiyacı var. Bunu necə
reallaşdıracaq? Təbii ki, Orta Dəhliz vasitəsilə.
Bu dəhliz isə Azərbaycandan keçir. Ona görə də
Avropa Azərbaycanı sıxışdırmağa
çalıırdı, amma bəlli idi ki, bunu davam etdirə
bilməyəcək. Çünki dünyada baş verən
proseslər Avropanın gələcəkdə Azərbaycana
ehtiyacının daha da artacağını göstərir".əriyyəsindən
qat-qat mürəkkəbdir. Humdan sonra filosoflar onun arqumentinin
qaldırdığı iki əsas sual arasında fərq
qoydular, hər ikisi bu gün də müzakirə olunur. Məntiq
yoxsa ağıl? İnsan rasional varlıqdır, yoxsa
irrasional?
Bunlar arzulamağın fəlsəfi məsələləridir...
Qayıdaq sıravi kəslərin həyatında yol
nişanlarına çevrilmiş, qırmızı işarələrlə,
böyük hərflərlə yazılmış arzulara.
Dünya dəyişdikcə həmin arzuları da əlimizdən
almağa başladı. Müasir fəlsəfənin və
sosiologiyanın ən böyük problemlərindən biri olan
depressiya, yorğunluq, fərdiyyətçilik insana xəyal
qurdurmur, arzu tutdurmur, ümid etdirmir, dua üçün əllərini
açdırmır. Ovuc qədər ekranlara həbs
edilmiş sosial həyatımızda sabah üçün nə
istəyəcəyimizi biz yox, başqaları və trendlər
müəyyən edir. Beləcə, arzulamaq vərdişimiz,
ehtirasımız da itib gedir. Yeni dünyanın insanı
ibtidai duyğularını rəqəmsallaşdırmaqla məşğul
ikən, aliliyə doğru yol almır, sürətlə ondan
uzaqlaşır.
Pərvanə
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.5.