“Bir uçaydım
bu çırpınan yelinən...”
Azərbaycan və İran prezidentlərinin Bakı
görüşü iki dövlət arasındakı
sarsılmaz birliyin nümunəsi idi
Azərbaycan Prezidenti cənab İlham Əliyev
bütün xarici ölkə rəhbərlərilə
görüşlərdə, əcnəbi media təmsilçilərilə
müsahibələrdə səmimi olduğunu, dediyi sözlərin,
verdiyi vədlərin üstündə durduğunu, dost və
tərəfdaşlarına qarşı etibarlı münasibətini
daima nümayiş etdirib, dəfələrlə sübuta
yetirib. Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü
xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu
artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini
də getdikcə möhkəmləndirir, bölgədə və
dünyada mühüm aktorlardan birinə çevrilir. Azərbaycan
dövlətinin həyata keçirdiyi xarici siyasətin
prioritetini dünyanın bütün ölkələri,
xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu,
qarşılıqlı surətdə faydalı əlaqələr
yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu
baxımdan, ölkəmizin yaxın qonşularından olan
İran İslam Respublikası ilə münasibətlərin
yaxşılaşdırılması, əlaqələrin
genişləndirilməsi və əməkdaşlığın
getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət
kəsb edir.
İran və Azərbaycan xalqları İslam aləminə
mənsub olan xalqlardır və əsrlər boyu bərabər
yaşayıblar.. Azərbaycanla İran arasında diplomatik
münasibətlərin zəngin tarixi keçmişi var.
Müasir dövrdə iki müstəqil dövlət
arasındakı əməkdaşlıq əlaqələrinin
əsası xalqımızın Ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu
öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq
siyasəti yeridilib ki, bu da münasibətləri
normallaşdırıb və inkişaf etdirib. Ümummilli
liderin siyasətini layiqincə davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev də ölkələrimiz
arasında əlaqələri uğurla inkişaf etdirir. Bu
gün Azərbaycan və İran dost, qardaş ölkələr,
mehriban qonşulardır. Bu gün qarşılıqlı
hörmətə və dostluğa əsaslanan tarixi və mədəni
əlaqələrimiz həm ikitərəfli formatda, həm
regional müstəvidə, həm də beynəlxalq təşkilatlar
çərçivəsində yüksələn xətlə
inkişaf edir. Bütün bunları şərtləndirən
əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin
siyasi iradəsi xüsusilə vurğulanmalıdır.
Əsrlər boyu İran və Azərbaycan xalqları
bir yerdə yaşayıb-yaradıb. Bu gün bu möhkəm
zəmin üzərində qurulmuş dövlətlərarası
münasibətlər ən yüksək səviyyəyə
çatıb. Bu mənada 28 apreldə İran Prezidenti Məsud
Pezeşkianın ölkəmizə səfəri hər iki tərəf
üçün çox böyük əhəmiyyət kəsb
edən siyasi hadisə oldu. Türk əsilli İran liderinin
Bakıda olduqca isti, doğma insan kimi qarşılanması təsadüfi
deyildi. Cənab Məsud Pezeşkian da özünü burada
olduqca rahat, xoşbəxt hiss edirdi. O, Azərbaycanda
olduğundan qürur duyduğunu, özünü Ərdəbildəki,
Təbrizdəki kimi hiss etdiyini bildirdi. Cənab
Pezeşkianın Bakıda ana dilimizdə danışması,
dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın
məşhur “Heydər babaya salam” şeirindən dərin məzmunlu
bir bəndi oxuması xüsusi diqqət cəlb etdi. Bir
çox ortaq dəyərləri bölüşən İran
və Azərbaycanı bir-birinə tarixi uzun illərə
söykənən mədəni, dini əlaqələr
bağlayır. Müəyyən dönəmlərdə
ölkələrimiz arasında fikir ayrılıqları olsa
da, hakim siyasi iradə bu problemlərin dərinləşməsinin
qarşısını alıb. Bu mənada cənab Məsud
Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin
gələcək kursunun müəyyənləşməsinə
mühüm təsir göstərəcək. Hər iki
ölkənin liderləri qarşılıqlı anlaşma
nümayiş etdirərək əməkdaşlığın
genişləndirilməsi və etimadın bərpası
üçün ciddi cəhdlər göstərirlər.
Cənab Prezident İlham Əliyev dövlət
başçılarının birgə mətbuat
konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin
inkişafına çalışmalıdır və
çalışır. İmzalanan sənədlər də
onu göstərir ki, ölkə rəhbərləri
bütün istiqamətlər üzrə bir-birinə daha
yaxın olmaq əzmindədir. Məqsəd birdir – İran-Azərbaycan
əlaqələrini yüksək səviyyəyə
qaldırmaq. Xalqlarımız əsrlər boyu mehribanlıq,
qardaşlıq şəraitində yaşayıb. Tarixi əlaqələrimiz
yenidən bərpa olunmalı və inkişaf etdirilməlidir.
Yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək
və xalqlarımız arasındakı tarixi-dini bağlar
münasibətlərimizi gücləndirməyi diktə edir.
Tarixin müəyyən dönəmlərində Azərbaycan-İran
münasibətlərində müşahidə olunan gərginlik
bu gün aradan qalxmaq üzrədir. İran rəhbərliyində
təmsil olunan ayrı-ayrı güclərin arasındakı
fikir ayrılıqları bəzən əlaqələrimizin
lazım olan səviyyədə inkişafına mane olur. Odur
ki, biz də milli maraqlarımızı əsas götürərək
balansı qorumağa çalışırıq. Amma bu
gün Pezeşkianın timsalında münasibətlərimizi
gücləndirmək üçün yeni səhifə,
imkanlar açılıb. Dialoq, qarşılıqlı
hörmət və real əməkdaşlıq formatında təmaslarımızı
artırmaqla regionda uzunmüddətli sabitliyi bərqərar edə
bilərik.
Azərbaycanın xarici siyasətində İran
İslam Respublikası ilə əlaqələr həmişə
önəmli yer tutub. Bu amil iki qonşu və dost ölkənin
əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən
xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm
bölgəyə, həm də dünyaya ciddi mesajdır ki,
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.
Şirincan Məmmədli
“Tərəqqi” medallı tarix müəllimi
525-ci qəzet .- 2025.-30 aprel(¹73).- S.8.