Qadınlar həyatı bəzədiyi
kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
Bu qız öncəgörməsinə görə
öz dövründə, bu xüsusiyyətə real malik olan
bir adam kimi tanınmışdı. Bu keyfiyyətlər, onun
yüksək dindarlığı da daxil olmaqla, birbaşa
müqəddəslərlə çox sayda əlaqələrinin
yaranmasına səbəb olmuşdu. Və nəticədə
onun şəxsi təcrübəsi kilsənin heç də
xoşuna gəlmirdi və din xadimləri tərəfindən
onun ideyaları rədd edilirdi. Həmin vaxt Fransa tacına
dofin Karl (sonralar o, kral kimi VII Karl olmuşdu) və Valua
kralı VI Karlın və Lankasterli ingilis kralı VI Henrinin
yaxın adamının varis olması üstündə
qızğın mübahisə gedirdi. İngiltərə
kralı Henri həm də Burqundiya hersoqu Xoşxasiyyətli
Filiplə ittifaqda idi və Fransa krallığının
şimal hissəsinin çoxunu işğal etmişdi. 427-ci
ildə dofin ümidsiz vəziyyətdə idi. O, Reymsdə
özünə tac qoyulacağına əmin deyildi. Reyms
Fransız krallığının ənənəvi
taclanması yeri olsa da, bu vaxt şəhər onun düşmənlərinin
əlində idi. Fransa kralının taxt-tacı məsələsi
çağırış üçün açıq idi.
1428-ci ilin mayında Müqəddəslərin səsinin
təsiri ilə Janna Domremidən dofinə loyal olan şəhərə
gəlib çatdıqda, dofinlə görüşmək istədiyini
və buna icazə verilməsini xahiş etdi. Kapitan bu 16
yaşlı qızın öncəgörməsinə
inanmadığından, Janna evinə dönməli oldu. 1429-cu
ilin yanvarında Janna yenidən həmin şəhərə gəldi,
kapitan onun cadugər olmadığına inanıb, onun dofinlə
görüşməsinə icazə verdi. Janna kişi
paltarında, 6 silahlı adamla birlikdə düşmən
tabeliyində olan ərazidən keçib, 12 gün sonra dofin
Karlın yanına gəldi.
Janna dofin yaşayan qəsrlərdən birinə
yollandı, 2 gün sonra dofin qızı qəbul etdi.
Qızı sınamaq üçün o, saray
adamlarının arasında idi, Janna heç vaxt onu görmədiyi
halda, tezliklə dofini tanıdı və ona dedi ki, ingilislərlə
döyüşə getmək istəyir və dofin də
hökmən Reymsdə taclanacaqdır.
Janna üç həftəyə Puatyeyə gətirildi,
ilahiyyatçılar ona suallar verirdilər. Qız onlara cavab
verdi ki, bunlar Puatyeyə deyil, Orleana aid məsələlərdir,
orada olanların hamısına bunu sübut edəcəkdir.
Orlean bu vaxt bir neçə ay idi ki, ingilislərin mühasirəsində
idi. Dofinə əyanları məsləhət gördülər
ki, Jannadan istifadə etsin.
Dofin Jannaya bir neçə adamdan ibarət hərbi
qüvvə verdi. Üstündə Xristin şəkli olan
bayrağı Janna başı üzərində
qaldırdı. Orlean 12 oktyabr 1428-ci ildən 1429-cu ilin aprelinə
kimi ingilislərin mühasirəsində idi. 29 apreldə Janna
dedi ki, onların hərəkəti ingilislərə əlavə
kömək gələnə qədlər davam etməlidir.
Mayın 4-də Janna istirahət edəndə, ayağa
qalxıb dedi ki, gedib ingilislərə hücum etməlidir. O,
gecikmədən döyüşə tələsdi və orada
öz yerini tutdu. Onun gəlişi döyüşçüləri
düşmənə qarşı mübarizəyə ruhlandırdı
və onlar hücum edib düşmən fortunu tutdular.
Sonrakı günü Janna ingilislərə özünün qəzəbli
məktubunu göndərdi. Sonra o, başqa forta tərəf
döndü, onu da qasırğa kimi məhv etdi. Mayın 7-də
başqa bir fort da təslim edildi, ingilislər yenə də məğlub
oldular. Beləliklə, düşmən Orleandan mühasirəni
götürməyə məcbur oldu.
Bundan sonra Janna Orleanı tərk edib, dofin Karlla
görüşdü. O təklif etdi ki, ingilislərin
başı Luara çayı yanındakı işlərə
qarışdığından, o, Reymsdə
taclanmalıdır.
Fransız və ingilis orduları Patarda üz-üzə
gəldilər. Janna dofinə dedi ki, böyük qələbə
qazanacaqdır və doğrudan da, o, qalib gəldi. İngilis
ordusu geri qaçdı və onların uğuru yoxa
çıxmışdı.
Janna yenidən təklif etdi ki, dofin Reymsə getməlidir.
Janna ona qoşuldu və onun ordusu düşmənə
üstün gəldi. Bu, Karlın qıza olan inamını
artırdı. Janna və dofin Reymsə yollandılar. Janna
artıq Orlean qızı kimi böyük şöhrətə
yiyələnmiş, ölkədə məşhurlaşmışdı.
16 iyunda kral ordusu Reymsə girdi və qapıları
açdı. Bir gün sonra isə tac qoyulma mərasimi
baş verdi. Janna bu mərasimdə iştirak etdi, Karlın
qarşısında diz çöküb, onu ilk dəfə
olaraq kral olmağa səslədi.
Janna Karlı tərk etdikdən sonra, kral Parisi azad etməyə
hazırlaşdı. Ordu Karlın qərargahının əleyhinə
idi, bunun da səbəbi Burqundiya hersoqunun Parisə yiyələnməsi
idi. İngilis ordusu Karlı qabaqlayıb, Sena
çayını keçdi. Janna isə sevinirdi ki, Karl Parisə
hücum edəcəkdir. Ancaq Senanın şimalını
burqundiyalılar tutmuşdular. Karlın hücumu uğursuz
qaydada başa çatdı. Janna hücumu tərk etmişdi,
hücumun davam etdirilməsini isə kralın özü əmr
etmişdi.
Jannanı iki qardaşı ilə birlikdə
burqundiyalılar tutdular. 25 may 1430-cu ildə Reyms əhalisinə
Jannanın Parisdə əsir düşməsi xəbəri məlum
oldu. Karl isə Burqundiya hersoqu ilə sülh bağlamaq istəyirdi.
Burqundiya hersoqu əsir götürülmüş
Jannanı mühakimə edilmək üçün Ruana
göndərdi. Orada isə ingilislər ağalıq edirdi.
Janna kilsə məhkəməsi qarşısında
mühakimə edilməli idi. Bu mühakimə VII Karlı da
gözdən saldı, axı o, özünün
taclanmasına görə Jannaya borclu idi.
Mühakiməyə sədrliyi yepiskop, həm də
vitse-inkvizitor olan Koşon edirdi. Onun familiyası fransız
dilində "donuz" demək idi.
1431-cı ilin yanvarında Jannanın mühakiməsi
başlandı. Ona həbsdən qaçmaq cəhdi qadağan
edilmişdi. Hər dəfə ondan həqiqəti deməsi
barədə and içməyi tələb edirdilər.
Mühakimə edənlər həm də kral VII Karlın
düşmənləri idilər. Jannanı 70 maddə üzrə
ittiham edirdilər. Onların hamısı qızı şərləməyə,
qaralamağa əsaslanırdı. Mart ayında o, yenidən
mühakimə edildi. O, labüd şəkildə məhkəməyə
tabe olmaqdan imtina edirdi, özünün tələyə
salınmasına imkan vermirdi.
Janna məhbəsdə möhkəm xəstələnmişdi,
az qala ölüm ayağında idi. Tövbə etməsi
üçün şərait yaradılmasını xahiş
etdi. Ona qadın paltarı geyinməyi tələb edirdilər.
Janna isə cavab verirdi ki, yalnız öz azad iradəsinə
tabedir.
1431-ci ilin 30 mayında məhkəmə onun tonqalda
yandırılması hökmünü verdi. Onu edam yerinə,
eşafota gətirdilər. Cəlladlar onu tonqal
üçün qurulmuş səhnəninin üstünə
çıxardılar. O, domininikan keşişinə dedi ki,
alovun dəhşətli harayının üstündən onun
səsi eşidiləcəkdir.
İspaniya kraliçası İzabella Kastiliyalı
İspaniyanın ilk kraliçası olan İzabella
Kastiliyalı 1451-ci ildə anadan olmuş, 1504-cü ildə
ölmüşdür. Bu qadın 1474-cü ildən
başlayaraq əvvəlcə Kastiliyanın kraliçası
olmuş, iki krallıq - Kastiliya və Araqon birləşib,
İspaniyanın ilk mərkəzləşmiş dövlətini
yaratdıqda, əri Ferdinand Araqonlu ilə birlikdə o, bu yeni
birliyi idarə etməyə başladı. Onların
hökmranlığı ispanların daimi birliyinə səbəb
olmaqla yanaşı, Yeni Dünya imperiyasının
başlanğıcı ilə əlamətdar olmuşdur.
Əvvəllər məlum olmayan Yeni Dünyanı isə həm
İspaniya, həm də bəşəriyyət
üçün ilk dəfə kəşf edən, ispan dənizçisi,
əslən genuyalı olan Xristofor Kolumb (ispanlar onu Kolon
adlandırırlar, italyan dilində isə onun adı
"Göyərçin" deməkdir) kəşf
etmişdir. Bu ekspedisiyanı yola salmaq heç də sadə məsələ
və iş deyildi. Üç gəmidən ibarət olmaqla,
iri xərc tələb edirdi. Sadə səyyah bu səfərin
xərclərini öz üzərinə götürə bilməzdi,
dövlətin maddi yardımı olmasa, onu icra etmək də
mümkün deyildi. Bu böyük işin məsarif xərclərini
İspaniya kraliçası İzabella Kastiliyalı öz
üzərinə götürdü və nəticəsi naməlum
olan bu böyük səfərin reallaşmasına məhz bu
alicənab və perspektivi görən qadın sponsorluq etdi.
Kolumb Amerikanı Köhnə Dünya üçün
bilavasitə açdığı kimi, bu inqilabi layihənin həyata
keçirilməsi məhz qadın hökmdarın müdaxiləsi
nəticəsində baş tutmuşdu. Ona görə də
kraliça İzabellanın kəşfin icra edilməsinin
baş tutmasındakı əvəzsiz rolu layiqincə qiymətləndirilməlidir.
İzabella erkən həyatında da siyasi
fallığı və müstəqilliyi ilə
seçilmişdi. İspan papası tərəfindən
"La Catolica" - "Katolik" tituluna layiq
görülmüş bu qadın əri ilə birgə
ölkəni idarə edəndə, onlar əvvəldən vəzifələrini
bərabər qayada bölüşdürməklə və
qanun yaratmaqla, yeni monarxiyanı möhkəmləndirmişdilər.
Onların idarəçiliyinə qədər hakimiyyətə
müdaxilə edən kübarların qüvvələrini zəiflətməyi
bacarmışdılar. Kraliçanın ən məşhur əməllərinə
onun müəlliflik etdiyi beş iş daxildir.
1. Birincisi və ən mühümü, Kolumba
sponsorluq etməsi ilə kraliça İzabellanın bilavasitə
köməyi nəticəsində Yeni Dünya kəşf
edilmişdir. Yalnız İzabellanın monarx kimi öz təbəəsi
Kolumbun səfərinə pul ayırması ilə
dünyanın yeni hissəsinin açılması
mümkün olmuşdur. Kolumb 3 avqust 1492-ci ildə səyahətinə
başlamış, öz niyyətində, yolunu açmaq istədiyi
məntəqəni - Hindistanı tapmaq əvəzinə,
Amerikaları kəşf etmişdi. O, ədviyyat bazarına
sahib olmaq naminə Hindistana gedib çıxdığına
inanmışdı. İspaniyaya qayıtdıqdan sonra qəhrəman
kimi qarşılanan Kolumb, kəşf etdiyi ərazilərdən
böyük fayda götürüləcəyini vəd
etmiş, müstəmləkəçiliyin Qızıl
Erasına start vermişdi. Bu kəşf kraliça I
İzabellanın daha böyük şöhrətinə səbəb
olmaqla, taleyinə də mühüm təsir göstərmişdi.
2. İzabellanın əri II Ferdinand Araqonlu onun əmisi
oğlu idi. İzabella ilə Araqon arasında nikah
razılaşması, qızın hələ 6 yaşı
olanda baş vermişdi, bunu onun ögey qardaşı, Kastiliya
kralı IV Henri təşkil etmişdi və bununla da digər
elçiləri öz iddialarından uzaqlaşmağa sövq
etmişdi. İzabella özü də sonralar onların
hamısına rədd cavabı verərək, Ferdinanda ərə
getməyi vəd etmişdi. Ferdinandla nikaha girmək
üçün papadan razılıq almaq lazım idi.
Cütlük 1469-cu ildə gizlincə evləndi. Şərqi
və Qərbi İspaniyanın bu yolla birləşdirmələri
ilə onlar milli dövləti dominant Avropa hakimiyyətinə
çevirdilər.
3. İspan inkvizisiyası əri ilə onun rəhbərliyi
altında qurulmuşdu. İzabella bir dindar katolik monarx kimi dini
və milli birlik siyasətini aparırdı. O, inanırdı
ki, bu, kilsənin də doktrinal birliyi üçün vacibdir
və 1478-ci ildə əri ilə birlikdə ispan
inkvizisiyasının yaradılmasına start verdi. Bu qayda diktə
edirdi ki İspaniyadakı bütün yəhudilər və
müsəlmanlar ya xristianlığa keçməli, ya da
sürgün olunmalıdırlar. Təqribən 40 min yəhudi
və ya ölkədəki yəhudi əhalisinin yarısı
İspaniyadan mühacirət etməyə məcbur oldu. Birliyə
nail olmaq cəhdi kütləvi təqiblərə və
zorakılıqlara səbəb oldu.
4. İngiltərə kralı VIII Henri onun kürəkəni
idi. Qadının yeddi uşağından ikisi ölü
doğulmuşdu, beşi isə yaşlı həyata qədəm
qoymuşdu. Lakin onun biri - Katerina Araqonlu İngiltərənin
Uels şahzadəsi Artura ərə getmiş, Artur tezliklə
öldükdən sonra, Katerina sonralar kral VIII Henrinin ilk
arvadı olmuşdu. 1553-1558-ci illərdə İngiltərə
kraliçası olan Mariya İzabellanın nəvəsi idi.
5. İzabella və Ferdinandın evlənməsi nəticəsində
iki müstəqil dövlət birləşib, ilk İspaniya
dövlətini yaratmışdı. Gələcəkdə bu
dövlət böyük əraziyə sahib olan və
imperiyaya çevrilən bir İspaniya olacaqdı. Lakin birləşmiş
dövlətin yaranması da gərginliksiz ötüşmədi.
İzabella hökmdar elan olundu. Kastiliya və Araqon kimi iki
krallıq birlikdə tarazlıq şəraitində
yaşayır, burada ciddi münaqişə baş vermirdi.
İzabellanın uşaqlığına gəldikdə,
o, atasının varisliyi xətti üzrə ikinci
övladı idi. Kral II Xuan Kastiliyalı, onun böyük
qardaşı Henridən əvvəl taxt-taca gəlmişdi.
Yeni kral isə qardaşı öldüyünə görə,
İzabellanı öz varisi elan etmişdi. İzabella həm də
yaxşı təhsil almışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.22.