Mir Həmzə Seyid
Nigari Qarabaği: şair, mürşid və mücahid
şeyx
Mövludunun 220, vəfatının 140 illiyi münasibətilə
Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və
Anadoluda məşhur olan, şeirləri, iki əsrə
yaxındır, sevilərək oxunub əzbər söylənilən
təkkə-təsəvvüf ədəbiyyatının
görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin
nüfuzlu şeyxi, kamil mürşid, əsrlərdir
türkün varlığına qənim kəsilmiş hakim
rus rejiminin təcavüzünə qarşı
savaşmış mücahiddir.
Şeyxin dini görüşlərinin təməlini
təşkil edən bu məşhur kəlamı Türkiyə,
Azərbaycan, Gürcüstan və Dağıstanda dillər əzbəridir,
minlərlə inanclı insanın dini baxışlarına
yön verməkdədir:
Allahı, Məhəmmədi və aliyi sevən
dustanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz.
Seyid Nigarinin farsca, türkcə divanları Tiflisdə
(1908), İstanbulda (1884, 1911) nəşr edilib. 2010-cu ildə
Bakıda "Elm və Təhsil" nəşriyyatında
824 səhifəlik Divan"ı (məqalədə gətirilən
şeirlər bu divandan alınıb - H.N.) və 2012-ci ildə
408 səhifəlik "Nigarnamə"si nəfis tərtibatda
nəşr olunub, haqqında televiziya verilişləri, sənədli
film çəkilib, elmi konfranslar keçirilib, sözlərinə
musiqilər, mahnılar yazılıb,
yaradıcılığına həsr olunmuş tədqiqat əsərləri
çıxıb. Ədəbiyyatşünaslıq elmimizin
banisi Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı"
kitabında Seyid Nigarinin çox sayda şeirlərini təqdim
və təhlil edib öz fikirlərinə belə yekun vurur:
"Bu gözəl şeirlər Mirhəmzə əfəndinin
alitəb və hürriyətpərəst olmağına
şəhadətedici xoşməzmun bir əsərdir".
Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin
ən məşhur, nüfuz dairəsi geniş insanlarından
biri kimi dəyərləndirib, öz müasirlərinin
yaradıcılığına təsirindən də faktlarla
çoxlu nümunələr gətirib, Nigarinin əsas
davamçılarının adlarını yazıb; oğlu
Siraci, Şahnigar Xanım Rəncur, Kadı Mahmud Əfəndi,
Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi,
Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi,
Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu
Hacı Mustafa Əfəndi, Sadi Sani Karabaği və
başqaları.
Ötən əsrdə Şeyxin dini və ədəbi
ardıcılları sırasında onun soyundan gələn
Qubadlının Mirlər kəndinin sakinləri (Şeyxin
özü də bir müddət bu kənddə
yaşayıb) mərhum Mir Sədi Ağa və oğlu Mir Məhəmməd
Ağa, hazırda isə nəvəsi Mirsədi Mirlər
xüsusi yer tutur.
Mir Həmzə Nigarinin türkcə və farsca
divanı, Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə"
əsərinə yazdığı Təvzihat, "Mənaqibi",
"Fütuhati-Mekkiyye", "Həştbehnamə",
"Nigarnamə" və "Saqinamə" adlı əsərlərində
mənsub olduğu nəqşibəndi təriqətinin incəliklərini,
təsəvvüf görüşlərini aydın şəkildə
ifadə edib. Onun ərzuz vəzninin müxtəlif bəhrlərində
müxtəlif janrda şeirləri klassik Şərq ədəbiyyatına,
fəlsəfəsinə, islam mütəfəkkirlərinin əsərlərinə
dərindən bələd olduğunun, geniş mütaliəsinin,
poetik təfəkkürünün genişliyinin göstəricisidir.
Sədi, Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik
dünyasına dərindən bələd olan Nigari ən
çox onlardan təsirlənib, əruz vəznində bitkin qəzəllər,
divan yaratdığı kimi, heca vəznində, xalq şeiri
üslubunda da şeirlər yazıb, həm ədəbi cameədə,
həm xalq arasında geniş şöhrət qazanıb,
şeirləri dillər əzbəri olub, çoxlu şairlər
ondan ilham alıb özlərinə ustad sayıb, şeirlərinə
nəzirələr yazıblar.
https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nigari səhifəsində
yazılanlar digər tədqiqatlar, arxiv sənədləri ilə
üst-üstə düşür: "Mir Hamza Nig?r? Efendi,
1805 yılında Azerbaycanın Karabag bölgesinin Zengezur
ilçesinin Cicimli köyünde dünyaya gelmiştir.
Naksibendi (Halidiyye) şeyhlerindendir. Seki ve Samahı gibi
şehirlerde iyi bir tahsil almıs, Arapça ve Farsça
ögrenmiştir. https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nig%C3%A2r%C3%AE
- cite_note-2 Genç yaslarında Türkiyeye giderek orada
tahsilini tekamül ettirmiştir. Harputta Mevlana Halitin yanında
tahsilini ve tarikat eğitimini geliştirmek istemisse de seyhin
ölmesi üzerine Sivasa ve oradan Azerbycanın Kazak şehrine
dönmüs ve Hanlıklar kasabasına yerlesmiştir. Burada
bir derg?h olusturarak, bir mürsid gibi faaliyet göstermiştir.
Ocağına çok mürid toplanmıştır.
Sohbetlerinde ve zikir halkalarında kendi yazdığı gazel,
kaside ve muhammeslerinden de faydalanmıştır. Sonra tekrar
Türkiyeye gelerek Amasyadaki Şeyh Şamil Şirvan?ye intisap
etmiştir. Mürşidinin izni ile önce Konya Mevl?na
Türbesinde sonradan "Ravza-i Mutahhara"da "erbain
çıkartmıstır". Hac farizasını ifa edip dönerken
Sam ve Kudüsü de ziyaret ederek Amasyaya
dönmüştür. Ziyaretinden bir yıl sonra hil?fet alarak
Berde ve Bergüs?da dönmüştür. XIX.
yüzyılın ortalarında Kafkasya ve Doğu Anadoluda Rus
emperyalizmine karsı çok cidd? mücadelesiyle ün
yapmıs; Kırım Harbi sırasında müritleri ile
birlikte Karsa gelerek Osmanlı Ordusu'na katılarak Ruslara karsı
savaşmıstır. Daha sonra Erzurum'a geçmis üç
yıl burada kalmıs buradan İstanbula gitmiştir. Orada
padişah ile görüştügü söylenmektedir".
Mir Həmzənin doğum tarixi bəzi mənbələrdə
fərqli il göstərilsə də, "Türk
Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər
mənbələr, çoxlu tədqiqatçılar onun
1805-ci ildə doğulduğunu, 1885-ci il sentyabrın 29-da 80
yaşında vəfat etdiyini təsdiq edir.
Fəxrəddin Ağabali
"Hümayi-Ərş" adlı əsərində
mürşidi olan Şeyxin həyatı haqqında ətraflı
bilgilər verib, görkəmini, sifər cizgilərini,
xarakterini incəliklərinə qədər təsvir edib.
Nigarinin yeganə portretini də türk rəssamı Mustafa
Saçlı 1933-cü ildə bu təsvirlərə və
onu şəxsən görüb tanıyan digərlərinin
söylədiklərinə əsaslanaraq çəkib:
"Fıtr? istidadı sayesinde kendisini göstermiş olan bu
zat orta boya yakın, dolgun denebilecek bir vücuda sahip idi. Ak ve
sık sakallı, gözleri büyük, kaşları
gözlerinin üzerine kadar dökülmüş ve kalın,
başı büyük, şuh meşrep, latifesever, güler
yüzlü, açık simalı bir zat idi. Sebat? her zaman
güler yüzlü olup tebessüm ederdi. Onu yüzünü
hiç kimseye ekşittiği görülmemiştir. En
müteessir olduğu zamanda bile "hay külhan?"
sözünden başka bir söz sarf etmediğini bizzat
müşahede ettim".
Şeyx şeirlərində Qarabağın əsil nəcabətli
seyidlər məskəni Cicimli kəndində (Laçın
rayonu) doğulduğunu və Peyğəmbər soyundan
olduğunu dəfələrlə yazıb:
Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
...Nəsli-İsmailsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən,
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
Türkiyənin populyar qəzetlərindən olan
"Bu gün"ün 21 iyul 2013-cü il tarixli geniş
redaksiya məqaləsi - "Ulusalcıların babası
peygamber soyundan" başlıqlı yazıdan:
"Geçen hafta hayatını kaybeden ulusalcıların
ünlü ismi Prof. Dr. Alpaslan Işıklının peygamber
soyundan geldiği ortaya çıktı.
Işıklı'nın dedesi ise mutasavvıf Mir Hamza Nigariydi.
Seyyid Mir Hamza Nigari, Karabağa bağlı Perküşadda (Bərgüşad-H.N)
1805 yılında dünyaya geldi. Nigari Seyyid Emir Paşa ve
Hayrünnisa Hanım'ın oğluydu. Büyükbabası
Seyyid Rıza ve dedeleri devrin bilinen alimlerindendi. Ailenin tarihte
bilinen ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i
Münevvereden Karabağa hicret etmiş ve Çiçimli
köyüne (Laçın rayonu-H.N) yerleşmişti".
O da məlumdur ki, Nigari ailəsində
aldığı ilk dini təhsilini Şəkinin Dəhnə
kəndində Şikəst Abdulla əfəndinin mədrəsəsində
davam edib, doğulduğu Cicimli kəndinə qayıdıb bir
müddət müəllimlik edib, onu daim
düşündürən çoxlu suallarına cavab ala bilməyib,
bu nədənlə rahatsız olub, yuxusunda onu yanına
çağıran Kürdəmirli şeyx İsmayıl
Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib.
Mir Həmzə mürşidi İsmayıl əfəndi
haqqında yazıb: "Hər nəfəsi Məsih nəfəsinə
bənzər, hər nəzəri nəziri-kimya..."
1834-cü ildə həcc ziyarətindən dönən
Şeyx nəqşibəndiliyi yaymaq, həm də xalqı
Rusiyaya qarşı ayağa qaldırmaq məqsədi ilə
Qarabağa geri qayıdır. O, Qarabağ, Şəki
xanları ilə gizli əlaqələr qurub, Şuşada
Xasayxanla, digər yetkililərlə dəfələrlə
görüşüb. Ünsiyyətdə olduğu
nüfuzlu, imkanlı şəxslərə xristian bir məmləkətin
- Rusiyanın itaətində olmağın hər iki
dünyada böyük günah olmasını anladıb, xeyli
tərəfdar toplayıb. Fars, rus başbilənləri digər
tərəfdən də Qafqazda daim sünni-şiə
ayrıcılığı salmaq yönündə məkrli fəaliyyətlərində
nəqşibəndiliyi ciddi maneə, təhlükə
saydığından Mir Həmzəni izləyib, təqib edib.
(Ardı var)
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri Birliyinin
sədri, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 6 avqust(№137).- S.7.