Milli Kitabxanada
“Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada yazıçı-publisist, filologiya elmləri
doktoru, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı
və təbliğatçısı Almaz Ülvinin anadan
olmasının 65 illik yubileyi münasibətilə
“Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi
açılıb.
525.az-a Kitabxanadan bildirilib ki, sərgidə Almaz
Ülvinin müəllifi olduğu əsərlər, monoqrafiyalar,
dərsliklər, tərtibçisi olduğu, nəşrə
hazırladığı, “Ön söz” yazdığı və
redaktoru olduğu kitablar, yaradıcılığı
haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,
dövri mətbuat materialları nümayiş olunur.
Qeyd edək ki, Almaz Ülvi 1995-ci ildə
"Demokratiya və milli müstəqillik uğrunda mübarizənin
poeziyada əksi" mövzusunda namizədlik, 2010-cu ildə
"XX əsr Azərbaycan ədəbiyyatşünaslığında
özbək klassiklərinin yaradıcılığı"
mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi,
tarixi publisistik məqalələri ilə
çıxış edir. Müxtəlif qəzet və
jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir
sıra tanınmış beynəlxalq jurnallarında türk,
özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə
elmi məqalələri çıxıb.
Müəllif ilk kitablarını 1990-cı illərdən
çap etdirməyə başlayıb. Gənc şəhid
şair Ülvi Bünyadzadəyə həsr olunmuş
"Poeziyada milli-azadlıq duyğuları" (1997) və
"Ülviləşən Ülvim" (1998)
kitablarının müəllifi, "Ülvi
duyğularım" (1990), "Bir ölümün
acığına" (1993), "Ömrüm sənin
eşqindi" (1998) "Sənin oxşarın bənövşədi"
(2005), "Ömür yolu” (poema 5 dildə, 2009) və bir
sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə
hazırlayanı və ön sözünün müəllifidir.
Almaz Ülvi elmi fəaliyyətinin 30 ilini özbək
ədəbiyyatının Azərbaycanda öyrənilməsinə
həsr edib. Bütövlükdə Əlişir Nəvai və
özbək ədəbiyyatı mövzusunda kitablar və elmi
məqalə nəşr etdirib. Eləcə də Azərbaycan-özbək
ədəbi əlaqələri tarixində ilk dəfə
olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca
lüğət (25000 söz)” kitabının müəlliflərindən
biridir.
525-ci qəzet .- 2025.- 9 avqust(¹140).- S.11.