Yubilyar müəlliflər Milli
Kitabxanada onlara həsr edilən sərgilərlə
tanış olublar
Azərbaycan Yazıçılar Birliyinin katibi,
yazıçı-dramaturq, şair İlqar Fəhmi Milli
Kitabxanada olub.
50 illik yubileyi münasibətilə burada
açılan kitab sərgisi ilə tanış olan İlqar
Fəhmi oxucusu olduğu Milli Kitabxana haqqında xatirələrini
bölüşüb, sərginin təşkilinə görə
təşəkkürünü bildirib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov
müasir Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin
inkişafında mühüm xidmətləri olan
İlqar Fəhmini yubileyi münasibətilə təbrik edib,
ona yeni uğurlar arzulayıb.
***
Bu günlərdə 65 yaşı tamam olan ədəbiyyatşünas
alim, yazıçı-publisist, professor Almaz Ülvi də
Milli Kitabxanada yubileyi münasibətilə tərtib edilən
sərgi ilə tanış olub, bu diqqətə görə
kitabxananın rəhbərliyinə təşəkkürünü
bildirib.
O, müəllifi olduğu “Heç demirsən, Ələsgərim
hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq
yola çıxmaqdan”, eləcə də 30 ilə yaxın tədqiq
etdiyi qardaş özbək ədəbiyyatı ilə
bağlı əsərlərini – ümumilikdə 18 adda 58
nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə
edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov Almaz
Ülvinin bu addımını yüksək qiymətləndirib.
Qeyd edək ki, Almaz Ülvi “Azərbaycan-özbək
(cığatay) ədəbi əlaqələri”, “Azərbaycan-özbək
ədəbi əlaqələri dövrlər, simalar, janrlar və
təmayüllər”, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”,
“Əlişir Nəvainin əsri və nəsri”, “Nizami Gəncəvi
və Əlişir Nəvai: ənənə və novatorluq”,
“Zahirəddin Məhəmməd Babur və Azərbaycan” və
s. tədqiqat əsərlərinin
müəllifidir.
525-ci qəzet .- 2025.- 23 avqust (¹150).- S.13.