Gənclər
Kitabxanası yazıçı Əlibala Hacızadənin
xatirəsini yad edib
Respublika Gənclər Kitabxanasında
tanınmış yazıçı, tərcüməçi,
şərqşünas Əlibala Hacızadənin (28.8.1935 –
9.10.2009) 90 illiyi münasibətilə biblioqrafik icmal
hazırlanıb.
Vəsaitdə yazıçının həyat və
yaradıcılığı, layiq görüldüyü
mükafatlar, müəllifi olduğu əsərlər
haqqında məlumat verilib.
İcmalda tənqidçi Vaqif Yusiflinin “Sevməsən,
sevilməzsən” və yazıçı Camal Zeynaloğlunun
“Özünə əbədi ədəbi abidə
ucaltmış insan” adlı məqalələrin tam mətni də
təqdim edilib. Həmçinin Əlibala Hacızadənin
“Seçilmiş əsərləri”nin cildləri, “Məhəbbət
olmayan evdə”, “Sonuncu mahnı”, “Saib Təbrizi və farsdilli
poeziyada Hind üslubu”, “Xəstəlik düşüncədən
başlayır: satirik hekayələr, şerlər və detektiv”,
“Cənubi Azərbaycan ədəbiyyatının yeni
inkişaf mərhələsi” kimi 20-dən çox kitabın
biblioqrafik təsviri, qısa icmalı, haqqında yazılan
dövrü mətbuat nümunələrinin siyahısı
yer alıb.
Biblioqrafik icmal kitabxananın saytında yerləşdirilib.