Mədəniyyət
naziri Şəmkirdə vətəndaşların müraciətlərini
dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərləri tərəfindən
hər ay şəhər və rayonlarda vətəndaş qəbulları
keçirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığına uyğun olaraq
təşkil edilən qəbullarda sakinlərin müraciət
və təklifləri yerində dinlənilir, müvafiq tədbirlər
görülür.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti
vətəndaş qəbulu avqustun 29-da Şəmkir şəhərində
olub.
Bu barədə AZƏRTAC-a Mədəniyyət
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə nazir Adil Kərimli və
Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Rəşad Tağıyev Ümummilli
Lider Heydər Əliyevin şəhərdəki abidəsi
önünə tər çiçək dəstələri
qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Şəmkir rayon Mədəniyyət Mərkəzində
keçirilən və nazirliyin müvafiq struktur bölmələri
rəhbərlərinin də iştirak etdiyi qəbulda Şəmkir,
Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından
olan vətəndaşlar müraciətlərini diqqətə
çatdırıblar.
Sakinlərin müraciətləri, əsasən, məşğulluq,
müəssisələrin maddi-texniki təchizatının
yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi,
əməyin qiymətləndirilməsi, mədəniyyət
sahəsinə dair təkliflər və digər məsələlərlə
bağlı olub.
Nazir vətəndaşlar tərəfindən
qaldırılan məsələlərin operativ
araşdırılması və qanunvericiliyə uyğun həlli
ilə bağlı addımlar atılacağını diqqətə
çatdırıb. Şəhid ailələrinin üzvləri
və qazilərin müraciətlərinə xüsusi
yanaşılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına
müvafiq tapşırıqlar verilib.
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.13.