“Bir dəniz hekayəsi”
- Dövlət Mahnı Teatrında yeni səhnə təcrübəsi
Rəşid Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında neon estetikasında hazırlanmış
tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa teatrın
geniş auditoriya üçün nəzərdə
tutulmuş yeni mövsüm layihələri çərçivəsində
təqdim olunub.
Bildirilib ki, yaradıcı komandanın məqsədi
Mahnı Teatrının təcrübəsinə yeni nəfəs
gətirməkdir. “Bir dəniz hekayəsi” həm ritmə, həm
rəqsə, həm də hekayəyə söykənən
vizual-poetik təqdimat formatı ilə seçilir. Təqdim
olunan musiqili tamaşada neon işıqlandırma, dinamik səhnə
təsvirləri və dəniz atmosferi ilə birlikdə parlaq
rəng axınları bir-birini tamamlayaraq, tamamilə fərqli
vizual görüntü yaradıb.
İzləyicilər dalğaların ritmini, suyun
axışını və hərəkətin enerjisini hiss edərək
tamaşanı böyük rəğbətlə
qarşılayıblar.
525-ci qəzet .- 2025.- 2 dekabr (¹219).- S.9.