Susduqca ağ eləyirlər
VƏ MƏCBUR QALIB BELƏ AÇIQLAMALAR
VERMƏLİ OLURUQ
Beynəlxalq indeksli (Web of Science və Scopus) jurnallarda
məqalə çap etdirmək istəyənlərə sadə
və hər kəsin anlayacağı şəkildə
aşağıdakıları bildirmək istəyirik.
1. MƏSLƏHƏTDİR: On-line səhifələrindən
bütün məqalələri pulsuz endirib oxumaq
mümkün olan jurnallar. Bu jurnallara bəzən PULSUZ
"Open Access" (Açıq daxilolma) jurnallar da deyirlər,
hətta web səhifələrində bu jurnallar qeyd
yazırlar ki, jurnalımız pulsuz açıq daxiloma
jurnalıdır.
2. MƏSLƏHƏTDİR: Hibrid jurnallar, bunlarda məqalələrin
əksəriyyəti pulsuz çap olunur və onlara abunəliyi
olan qurumlardan və kitabxanalardan pulsuz oxumaq olur. Amma alternativ
olaraq bu hybrid jurnallarda az sayda müəllifin istəyinə
bağlı olaraq pullu "Open Access" variantı ilə də
çap olunmaq var (əgər müəllif elmi işini
dünyaya kitabxanalara ehtiyac duymadan həmən açmaq istəyirsə).
Hybrid jurnallar variantını əsasən Springer, Elsevier,
World Scientific və s. kimi məşhur şirkətlərin nəşriyyatları
tətbiq edir.
3. MƏSLƏHƏT DEYİL: Tam pullu "Open
Access" olan jurnallar. Bu jurnallar bütün məqalələri
pul ilə çap edirlər. Bu jurnalar hüquqi olaraq öz
işlərini dəqiq qururlar, səhifələrində
yazırlar ki, biz məqalələri pul ilə çap edirik.
Bu pulu müəllif, ya da onun sponsor təşkilatı ödəyir.
Belə jurnallar səhifələrində məqalələrin
çapında "Article Processing Charge" yazaraq, vergilərini
ödəyirlər, hüquqi olaraq özlərini təmizə
çıxarırlar. Belə jurnallarda yüksək səviyyəli
məqalələrə rast gəlmək qeyri-mümkündür.
Burada çap olunan müəllifin məqsədi indeksli jurnala
düşməkdir.
4. MƏSLƏHƏT DEYİL: Bu jurnallar web səhfələrində
"Article Processing Charge" (Məqalə çap olunma
prosesi qiyməti) yazmayır, amma müəlliflərdən məqalə
üçün qeyri-leqal şəkildə pul tələb
edir, yəni hüquqi şərtlərə əməl etmir.
Bu, çox təhlükəlidir. Bu jurnallardan da yüksək
keyfiyyətli məqalə gözləmək
qeyri-mümkündür. Burada müəllifin məqsədi
ancaq indeksli jurnala düşməkdir.
P.S. 3-cü və 4-cü bənddəki jurnallar
ümumiyyətlə fake (bəziləri buna yırtıcı
deyir) jurnallar deyil, amma olmaq "potensialları" var, misallar
mövcuddur.
Arif SƏLİMOV
BDU-nun "Cəbr və həndəsə" kafedrasının
müdiri,
Əməkdar elm xadimi,
Fizika-riyaziyyat elmləri
doktoru,
Professor
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.14.