Beynəlxalq Əlillər
Günü münasibətilə sərgi - “Sevgi palitrası”
Muzey Mərkəzində müxtəlif inkişaf məhdudiyyətli,
o cümlədən Daun sindromlu uşaqların əl işlərindən
ibarət “Sevgi palitrası” adlı sərgi
açılıb.
525.az-a bu barədə Mədəniyyət Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, sərgi 3 Dekabr – Beynəlxalq Əlillər
Gününə həsr olunub.
Tədbirdə “Qayğı – Sağlam Nəsil Naminə”
İctimai Birliyinin nümayəndələri, rəssamlar,
ictimaiyyət nümayəndələri və sənətsevərlər
iştirak ediblər.
Sərginin məqsədi fiziki məhdudiyyətli
uşaqların cəmiyyətə inteqrasiyasına,
yaradıcılıq qabiliyyətlərinin nümayişinə
və ictimai diqqətin bu mövzuya yönəldilməsidir.
Ekspozisiyada 21 nəfər Daun sindromlu və müxtəlif
inkişaf məhdudiyyətli uşaqların rəssamlıq
üzrə əl işləri nümayiş olunub. Sərgi
ziyarətçilər tərəfindən maraqla
qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Əlillər Günü
BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi
ilə təsis olunub.
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.9.