Beynəlxalq Muğam Mərkəzi
Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil
edib
Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru,
Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət
elçisi Sahib Paşazadə və BMM-in solisti, Əməkdar
artist, nağara ifaçısı Kamran Kərimov Dünya Mədəniyyət
Festivalında “Ulduzların iştirakı ilə təntənəli
konsert” də iştirak ediblər. Sənətkarların ifasında
“Heyratı” zərb muğamı və kompozisiyası,
“Bayatı Şiraz” üzərində muğamlar və rəqslərdən
ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim
olunub.
Bunu AZƏRTAC-a açıqlamasında Muğam Mərkəzinin
mətbuat xidmətinin rəhbəri Lalə Azəri deyib.
Onun sözlərinə görə, məşhur sənətçilərinin
də qatıldığı konsert proqramı Pakistanın Kəraçi
şəhərində ikinci dəfə təşkil olunur.
“Yüksək səviyyədə keçirilən
festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları,
Azərbaycan muğamı, musiqi alətlərimiz böyük
sevgi ilə qarşılanıb. Konsertdə
tamaşaçı izdihamı müşahidə olunub.
Proqramda, həmçinin Pakistanın tanınmış
ifaçıları Faris Şəfi, Miişa Şəfi,
Gizri, Darabu da çıxış ediblər”,- deyə L.Azəri
əlavə edib.
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.9.