“Regionlarda peşəkar teatr dərsləri”
– bu dəfə Mingəçevirdə
Mədəniyyət Nazirliyi Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi
çərçivəsində növbəti ustad dərsi
keçirilib. 24-30 noyabr tarixlərini əhatə edən ustad
dərslərinin ünvanı bu dəfə Mingəçevir
Dövlət Dram Teatrı olub.
Ötən ilin oktyabr ayından həyata keçirilən
layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, aktiv yaradıcı mühitin
canlandırılması, teatr sənəti ilə bağlı
müasir tendensiyaların diqqətə
çatdırılması və təcrübə mübadiləsi
məqsədi daşıyır.
Ustad dərsləri Əməkdar artist, aktyor Qasım
Nağı və MEMİM-in əməkdaşı
teatrşünas Dağlar Yusif tərəfindən
aparılıb.
Teatrın kollektivinin həvəslə iştirak etdiyi
ustad dərsləri zamanı repertuar seçimi, müəllifin
qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və
s. məsələlərə toxunulub, bir sıra səhnə
hərəkətləri real icra olunub.
Xatırladaq ki, layihə üzrə ötən il
Qusar Dövlət Ləzgi Dram Teatrında və Lənkəran
Dövlət Dram Teatrında, bu il Qax Dövlət
Gürcü Dram Teatrında, Qazax Dövlət Dram
Teatrında, Qarabağda “Mədəniyyət rüzgarı”
layihəsi çərçivəsində isə Ağdam və
Füzuli Dövlət Dram teatrlarında ustad dərsləri
uğurla həyata keçirilib.
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.9.