Deputat:
"2026-cı ilin büdcə layihəsində hədəflər
düzgün müəyyənləşdirilib"
2026-cı ilin büdcə layihəsində hədəflər
düzgün müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin
deputatı Zaur Şükürov parlamentin bugünkü plenar
iclasında "2026-cı il dövlət büdcəsi
haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində
bildirib.
"Prezident İlham Əliyevin müəyyən
etdiyi, ölkəmizin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik
və xarici siyasət strategiyasından irəli gələn vəzifələrin
səmərəli şəkildə icra edilməsi məqsədilə,
2026-cı ilin büdcə layihəsində hədəflər
düzgün müəyyənləşdirilibvə əminik
ki, Prezidentimizin uzaqgörən siyasəti və mükəmməl
liderliyi bu hədəflərə nail olmağa imkan verəcək",
- deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, dövlət
başçısının müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik
strategiyası çərçivəsində Qarabağın
və Şərqi Zəngəzurun bərpası və gələcək
inkişafının, hərbi potensialımızın gücləndirilməsinin
və təhlükəsizliyimizin təmin edilməsinin və
sosial istiqamətlərin əsas prioritetlər kimi diqqətdə
saxlamaqla, müasir çağırışlara cavab verən
büdcə layihəsinin hazırlanması xüsusilə
önəmlidir: "Eyni zamanda Milli Məclisin Komitələrində
müzakirələr zamanı səsləndirilən müəyyən
təkliflərin də layihədə əksini tapması vacib
hesab edilən məqamlardandır. Büdcə layihəsinin
peşəkar şəkildə hazırlanmasında əməyi
olan Maliyyə nazirliyi və digər aidiyyəti
qurumlarımıza təşəkkürümü bildirirəm.
Həqiqətən də, Konstitusiyamızın 30,
Şanlı Zəfərimizin 5 illiyini qeyd etdiyimiz Konstitusiya və
Suverenlik ilində tariximizin ən böyük büdcəsinin
müzakirə edilməsi qürurvericidir".
"Yaxın regionlarda davam edən münaqişələr,
dövlətlərarası tarif siyasətində dəyişikliklər
fonunda sevindirici haldır ki, ölkəmizdə makroiqtisadi,
fiskal stabillik qorunmuş və iqtisadiyyatımızda artım
tempi davamlı olaraq müşahidə edilir. Prezidentimiz tərəfindən
də qeyd olunduğu kimi, "Bu gün Azərbaycan sabit siyasi
sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik
ölkədir və bizim iqtisadiyyatımız özünü
təmin edir", - deyə Z.Şükürov əlavə
edib.
Onun sözlərinə görə, 38,6 milyard manat gəlirin
və 41,7 milyard manat xərcin
proqnozlaşdırıldığı büdcə layihəsində
xüsusilə diqqət çəkən məqamlardan biri
büdcənin sosialyönümlü olmasıdır:
"2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə
0,7 %, 2024-cü ilin icrası ilə müqayisədə 10,6 %
çox olan büdcə xərclərinin 41 %-nin, cari xərclərin
isə 68 %-nin, ümumilikdə 17,1 milyard manat vəsaitin
sosialyönümlü xərclərə yönəldilməsi
nəzərdə tutulur və bu rəqəm 2024-cü ilin
icrası ilə müqayisədə 2,5 milyard manat və yaxud
17 % çoxdur. Büdcədə müdafiə və milli təhlükəsizlik
xərclərinin 8,7 milyard manat, cari illə müqayisədə
319 milyon manat çox vəsait proqnozlaşdırlması
strateji əhəmiyyət kəsb edən yanaşmadır.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin bərpa
və quruculuq işlərinə gələn il 3,5 milyard manat
vəsait nəzərdə tutulması xüsusilə vacib məqamlardan
biridir".
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.7.