Noyabr və
dekabrın “Ulduz”u birlikdə
İlin son “Ulduz”u Məhsəti
Musanın “Özüylə söhbəti və reportajı”
ilə açılır.
525.az xəbər verir ki, “Şeir vaxtı”nda Elşən
Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz
Arif, Elvin Paşa, Süleyman Abdulladır.
“Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”,
Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın
“Kabusların bulud parçası” hekayələri yer alır.
Qulu Ağsəs ““Altı və sıfır”dan sonra
extra time” essesi ilə oxucularını salamlayır.
Şahanə Müşfiq
“Zəfər yolları” kitabının müəllifi
Zemfira Məhərrəmlinin yaradıcılıq
dünyasından söz açır.
“Tərcümə saatı” Marina Svetayevanın şeirlərini və Məmməd Məmmədlinin ispan
dilindən tərcüməsində
“Heminqueyə görə həyat” yazısını təqdim
edir.
“Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya
Sevdalinkası: “Həsən Ağaının
Xanımı”, Şəbnəm
Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə
həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi
yaradıcılığı və Azərbaycan
animasiyasının intibahı” yazıları yer alır.
Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin,
Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri,
Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda
yer alır.
“Dərgidə kitab”da İmir Məmmədli
“Sazlı-sözlü Sibir: Simusid” əsəri ilə
görüşünüzə gəlib.
“Dərgidə sərgi”də rəssam Anar Zahirovun
“Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunur.
525-ci qəzet .- 2025.- 4 dekabr (¹ 221).- S.9.