Beynəlxalq Əlillər
Gününə həsr olunmuş virtual kitab sərgiləri
Milli Kitabxanada sağlamlıq imkanları məhdud
şəxslərin hüquqlarının müdafiəsinin təbliği
məqsədilə “3 dekabr – Beynəlxalq Əlillər
Günü” adlı virtual sərgi istifadəçilərə
təqdim olunub.
Sərgidə əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsi, reabilitasiyası və
sosial müdafiəsi, əlilliyin qarşısının
alınması, xüsusi qayğıya ehtiyacı olan əhali
qruplarının məşğulluğu və digər
mövzulara dair dövri mətbuatda dərc olunmuş məqalələr,
monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici
dillərdə nəşrlər, həmçinin fotomateriallar
nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
bu linkdən istifadə edə bilərlər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanası da 3 dekabr – Beynəlxalq Əlillər
Gününə həsr olunmuş virtual kitab sərgisi
hazırlayıb.
Kitabxanadan bildirilib ki, sərgidə BMT Baş
Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə
təsis olunan bu günün məqsədi, əlilliyi olan
şəxslərin hüquqları, sosial müdafiəsi
haqqında məlumat diqqətə çatdırılır,
bu sahədə qəbul olunmuş rəsmi sənədlər
barədə nəşrlər təqdim olunur.
Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə
göstərilən dövlət qayğısı və bu
istiqamətdə həyata keçirilən islahatlar barədə
materiallar, həmçinin Heydər Əliyev Fondunun əlilliyi
olan şəxslərin cəmiyyətin müxtəlif sahələrinə
inteqrasiyası, onların məşğulluq səviyyəsinin
artırılması və rifahının
yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi layihələr haqqında geniş məlumat
verilir. Həmçinin bu kateqoriyadan olan şəxslərin
idman və yaradıcılıq sahəsində
uğurlarını əks etdirən videogörüntülər
nümayiş olunur.
Kitabxananın saytında yerləşdirilən virtual
sərgidə “Əlilliyi olan insanların əmək
hüquqları”, “Funksionallıq, əlillik və
sağlamlığın beynəlxalq təsnifatı”,
“Əlillik məsələləri üzrə terminlərin
izahlı lüğəti” və digər kitablar da istifadəçilərə
təqdim edilir.
525-ci qəzet .- 2025.- 4 dekabr (¹ 221).- S.9.