Dünyaca məşhur“Aybolit” Kukla Teatrında
Dekabrın 5-də Korney Çukovskinin məşhur
“Aybolit” şeiri əsasında hazırlanan eyniadlı birhissəli
uşaq tamaşasının premyerası olacaq.
Tamaşanın səhnələşdirmə və quruluş
müəllifi teatrın baş rejissoru, Prezident
mükafatçısı Anar Məmmədov,
quruluşçu rəssamı teatrın baş rəssamı
İqbal Əliyev, bəstəkarı Əməkdar artist
Vüqar Camalzadədir. Səhnə əsərində
obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə
Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi
Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva,
Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram
Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov
və Könül Nəsibova canlandırırlar. Tamaşa
qocaman kuklaçı, Əməkdar artist Rəhman Rəhmanovun
səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.
Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat
katibi Həmidə Rüstəmova deyib.
O söyləyib ki, “Aybolit” əsəri məşhur
rus yazıçısı Korney Çukovskiyə (Nikolay
Vasilyeviç Korneyçukov) məxsusdur. “Əsər ilk dəfə
1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara
kömək edən mərhəmətli həkim Aybolit
obrazını milyonlarla uşağa sevdirən bədii
nümunədir.
Əsər əsasında müxtəlif illərdə
pyeslər, teatr tamaşaları və musiqili quruluşlar
hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və
musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin
populyarlığı səbəbindən onun sonrakı illərdə
teatrlaşdırılmış versiyaları, həmçinin,
film və cizgi adaptasiyaları da hazırlanıb. Bu mənada
teatrın cari repertuarında da özünə yer edən əsərə
yeni nəsil uşaqların baxış tərzinə
uyğun şəkildə həll verilib. Balacalar fərqli
pesronajların timsalında həm onları əhatə edən
ətraf aləm barədə məlumatlanacaq, həm də
dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini
genişləndirəcəklər”,- deyə H.Rüstəmova əlavə
edib.
525-ci qəzet .- 2025.- 5 dekabr (¹222).- S. 10.