Uşaq evinin sakinləri Akademik
Musiqili Teatrın qonağı olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
Şarl Peronun məşhur “Yatmış gözəl”
nağılının motivləri əsasında rejissor Anar
Babalının səhnələşdirdiyi “Yatmış
gözəl və cırtdanlar” tamaşası
oynanılıb. Balaca teatrsevərlərin hər zaman maraqla
izlədiyi tamaşanın budəfəki qonaqları
arasında həssas əhali qruplarından olan uşaq evinin
sakinləri də olub. Onlar rəngarəng səhnə tərtibatlı,
əyləncə dolu səhnə əsərini böyük
maraqla qarşılayıb və xoş təəssüratını
bildiriblər.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Bildirilib ki, uşaq evinin loqopedi Tahirə Məmmədova
xoşbəxt sonluqla bitən nağıl-tamaşanın
uşaqların dünyagörüşünə, əhvali-ruhiyyəsinə
müsbət təsir etdiyini vurğulayıb.
Belə görüşlər Musiqili Teatrın
növbəti sosial layihələrindən biridir və
davamlı şəkildə həyata keçiriləcək.
525-ci qəzet .- 2025.- 5 dekabr (¹222).- S. 10.