Neftçalada
ilk dəfə Balıq Festivalı keçirilib
Neftçala rayonunda ilk dəfə Balıq
Festivalı təşkil olunub.
Tədbir Neftçala Rayon İcra hakimiyyəti və
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin
və Akvakultura mərkəzinin birgə təşkilatçılığı
ilə baş tutub.
Festivalın təşkilində əsas məqsəd
regionun artan turizm potensialını nümayiş etdirmək,
Neftçalanın əsrlərdən gələn
balıqçılıq ənənələrini yaşatmaq
və sakinlərə, eləcə də qonaqlara açıq
havada rəngarəng, istirahət imkanı yaratmaq olub.
Park-Bulvar Kompleksində qurulan sərgi və
satış yarmarkasında müxtəlif növ təzə və
hisə verilmiş balıqlar, həmçinin balıq məhsullarından
hazırlanmış xüsusi təamlar təqdim edilib.
Bununla yanaşı, festival çərçivəsində
Kür çayında balıq tutma yarışları, su gəzintiləri
və çaya nərəcinsli balıqların
buraxılması böyük maraqla qarşılanıb.
Tədbir incəsənət ustalarının
çıxışları, konsert proqramları və
interaktiv şoularla davam etdirilib.
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S. 7.