"Bölgə teatrlarının
Bakı premyerası" layihəsi uğurla başa
çatdı
29 oktyabr 2024-cü il tarixində start götürən,
Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının dəstəyi
ilə reallaşan "Bölgə teatrlarının Bakı
premyerası" layihəsinin son qonağı
Naxçıvan Dövlət Milli Dram Teatrı oldu.
Kulis.az xəbər verir ki, 10 fevral 2025-ci il tarixində
Akademik Milli Dram Teatrının səhnəsində
çıxış edən Naxçıvan teatrı,
rejissor Mir Qabil Əkbərovun quruluş verdiyi Cəlil Məmmədquluzadənin
"Ölülər" tragikomediyası ilə
tamaşaçılar qarşısına çıxdı.
Əsərin uğurlu təqdimatı
tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılandı.
Ağalar Bayramov efirdə niyə yalan
danışır? - İTTİHAM
AMDT: 2024-ün yekunları, 2025-in planları
"Deha" serialında yeni obraz
Layihənin yekununda Naxçıvan Dövlət Milli
Dram Teatrı, uğurlu çıxışına görə
Akademik Milli Dram Teatrı adından xüsusi diplomla təltif
edildi. Bu mükafat, teatrın peşəkarlığını
və Azərbaycanın teatr ənənələrinin
inkişafına verdiyi töhfəni vurğulayan əlamətdar
bir hadisə oldu.
Tamaşanın sonunda çıxış edən
Akademik Milli Dram Teatrının bədii rəhbəri, əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə
"Bölgə teatrlarının Bakı premyerası"
layihəsinin məqsəd və vəzifələrindən
geniş söz açdı. Naxçıvan Dövlət
Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil
Əkbərova isə bu uğurlu tamaşaya görə
xüsusi təşəkkür edərək, gənc
rejissorların Azərbaycan teatrının
inkişafındakı rolundan danışdı.
"Bölgə teatrlarının Bakı
premyerası" layihəsi çərçivəsində
Azərbaycanın müxtəlif bölgələrindən
teatr kollektivləri Bakıda tamaşalar təqdim edərək
paytaxt tamaşaçıları ilə görüşmək
imkanı əldə etdilər. Layihə teatr sənətinin
regionlarda inkişafına və mədəniyyət mübadiləsinə
töhfə vermək məqsədi daşıyırdı.
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.10.