Azərbaycan Kaliforniyada keçirilən
mədəniyyət festivalında təmsil olunub
Azərbaycan Kaliforniyada keçirilən mədəniyyət
festivalında təmsil olunub
Azərbaycan ABŞ-nin Kaliforniya ştatında
keçirilən mədəniyyət festivalında təmsil
olunub.
Bu barədə "Report"a Diasporla İş
üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Kaliforniya ştatının San Ramon şəhərində
dünyanın müxtəlif mədəniyyətlərini bir
araya gətirən “İcmada mədəniyyət” festivalı
keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin
nümayəndələri festivalda guşə yaradıb,
ölkəmizi təmsil edib.
Azərbaycana aid suvenirlərin, kitabların sərgiləndiyi
guşədə qonaqlara milli şirniyyatlarımız da təqdim
olunub.Milli geyimdə olan cəmiyyət üzvləri – Nurlan
Şükürlü, Könül Əliyeva, Cavid Hüseynli,
Günay Xəlilova və Hüseyn Hüseynli qonaqlara ölkəmizin
qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi,
füsunkar təbiəti, turizm potensialı barədə ətraflı
məlumat verib, sualları cavablandırıb.
Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin
nəzdində fəaliyyət göstərən və
tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik
etdiyi Azərbaycan rəqs ansamblının ifasında “Cəngi”,
“Ağ Çiçəyim” və “Yallı” rəqsləri
iştirakçıların alqışları ilə
qarşılanıb.
525-ci qəzet .- 2025.-
1 fevral(№19).-S.13.