Mədəniyyət Nazirliyinin dəstəyi ilə 26 film
hazırlanır
Mədəniyyət
Nazirliyi və ARKA-nın dəstəyi ilə 2023-cü ildə
3, 2024-cü ildə 21 film çəkilib. Hazırda 26 filmin
istehsalı davam etdirilir.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki,
bunu mədəniyyət naziri Adil Kərimli nazirliyin
2023–2024-cü illərdəki fəaliyyətinə dair
geniş kollegiya iclasında çıxışı
zamanı deyib.
Nazir bildirib ki, ötən dövr ərzində
ölkə rəhbərliyi tərəfindən teatr xadimlərinin
maddi rifahının, teatrların maddi-texniki təchizatının
yaxşılaşdırılması sahəsində diqqətəlayiq
işlər görülüb.
“Azərbaycan Dövlət Gənc
Tamaşaçılar və Gəncə Dövlət Dram
teatrlarına “milli”, Şuşa Dövlət Musiqili Dram
Teatrına “aparıcı”, Beynəlxalq Muğam Mərkəzinə
isə “beynəlxalq” statusu verilib. Həmçinin bölgələrdə
mədəni iştirakçılığın səviyyəsinin
artırılmasına da diqqət yetirilib. 2023-cü ildə
“Teatr-tamaşa müəssisələrinin illik
repertuarlarının və dövlət sifarişi əsasında
hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi
üzrə Ekspert şurası” yaradılıb, - deyə o əlavə
edib.
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.10.