Xalq artisti Hacı İsmayılovla görüş
Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan
Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan
Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət
mükafatı laureatı Hacı İsmayılovla
görüşü keçirilib.
"Heydər Əliyev və mədəniyyət"
mövzusunda keçirilən tədbiri giriş sözü ilə
YAP Səbail Rayon Təşkilatının sədri Muxtar
Nağıyev açıb. O, tədbir
iştirakçılarını salamlayıb, Ulu Öndərin
siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan
dövlətinin keçmişindən və bu günündən
söhbət açaraq Heydər Əliyevin daxili və xarici
siyasətinin əhəmiyyətindən danışıb.
Sonra sözü Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Hacı İsmayılova verdi.
Hacı İsmayılov Azərbaycan gəncliyinin bu
günki uğurlarını qeyd edərək Heydər
Əliyevin gənclərə hər zaman diqqət və
qayğı ilə yanaşdığını, müstəqil
Azərbaycanın gələcəyinin məhz gənclərin
siyasi, ictimai fəaliyyətindən asılı olduğunu
vurğulayıb.
Tədbirdə Heydər Əliyevin mədəniyyət
xadimləri ilə görüşlərini əks etdirən
videoçarx nümayiş olunub.
Səmimi şəraitdə davam edən
görüşdə Hacı İsmayılov gəncləri
maraqlandıran sualları cavablandırıb.
Tədbirdə çıxış edən
İttifaqın sədr müavinləri - Xalq artisti, professor
İlham Namiq Kamal və Əməkdar artist, professor Azad
Şükürov Azərbaycan gəncliyinin inkişafından
danışdılar, gənclərə dəyərli
tövsiyələr verdilər. Sonda xatirə şəkli
çəkildi.
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.10.