“Xalq artisti Polad
Bülbüloğlu” adlı sərgi
açılıb
Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı,
müğənni və ictimai xadim, Xalq artisti Polad
Bülbüloğlunun anadan olmasının 80 illiyi münasibətilə
“Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi
kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə
rəsmi sənədlər, bəstəkarın musiqi
notları, qramplastinkalar, həyat və
yaradıcılığı, mədəniyyətin
inkişafında böyük xidmətləri və səmərəli
ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və
xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda
çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgidə isə rəsmi sənədlər,
fotolar, beynəlxalq mükafatlar və fəxri adlar, Rusiya Rəssamlıq
Akademiyasının Muzey-Sərgi Kompleksində bürünc
heykəlinin təntənəli təqdimat mərasimi,
Şuşada keçirilən “Xarıbülbül”
festivalı və “Vaqif poeziya günləri”,
Bülbülün ev-muzeyinin bərpası və sair
haqqında dövri mətbuatda çap olunan məqalələr,
Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın
bəstələdiyi musiqi notları, həyat və
yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə
həsr olunmuş Azərbaycan və xarici dillərində ədəbiyyatlar
nümayiş etdirilir.
Sərgi bir həftə davam edəcək.
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.9.