TÜRKSOY-dan Fəxrəddin Manafova mükafat
Xalq artisti Fəxrəddin Manafov Türkiyədə
mükafata layiq görülüb.
Axşam.az xəbər verir ki, aktyor İstanbulda Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) “Beynəlxalq teatr” mükafatı ilə
bağlı təqdimetmə mərasiminə qatılıb.
F.Manafov “Türk dünyasının ən
yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafata
layiq görülüb.
Türkiyənin “Tiyatro”
qəzeti tərəfindən təsis edilən X Beynəlxalq
Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi
İstanbulun Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində
keçirilib.
Qeyd edək ki, mükafatlar Beynəlxalq Anadolu Teatr
Mükafatları jürisi tərəfindən ölkədaxili
və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi
əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin
bu növünə töhfə verən şəxslər,
qurumlara və təşkilatlara verilib.
525-ci qəzet .- 2025.- 5 fevral(№21).- S.9.