"Elm gözəldir:
məktəbdən elmə"
UNEC-in elmin populyarlaşdırılması naminə təşəbbüs
və layihələri maraqla qarşılanır
Məlum olduğu kimi, elmin
populyarlaşdırılmasının və təbliğinin
vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) start verdiyi "Elm gözəldir:
məktəbdən elmə" və "Elmin
populyarlaşdırılması" təşəbbüslərinin
reallaşdırılması davam etdirilir. Qeyd edək ki,
"Elm gözəldir: məktəbdən elmə"
adlı layihəyə start verilib.
Layihənin əsas məqsədi məktəblilərin
intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini
həyata keçirmək, elmin təbliğatını təşkil
etməklə gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir. Layihə çərçivəsində
UNEC-in müəllimləri ölkə üzrə məktəblərə
və liseylərə səfər edərək, gənc nəslə
elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi
kəşfləri və uğurları tanıdırlar.
Aparılacaq müzakirələr gənc nəslin elmə
marağının artırılmasına, elmə yeni, gənc
mütəxəssislərin cəlb edilməsinə təkan
verəcək. Bu layihə Bakı və Sumqayıt şəhərlərində
yerləşən orta məktəbləri, Lənkəran,
Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində
yerləşən ali təhsil müəssisələrini və
məktəbləri əhatə edir.
Gənc nəslin elmə marağını artırmaq
məqsədilə həyata keçirilən "Elmin
Populyarlaşdırılması" təşəbbüsünün
məqsədi gənc nəslin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək, elmi biliklərin kütləvi təbliğini həyata
keçirmək, gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir.
Sözügedən layihə də Lənkəran, Mingəçevir,
Gəncə və Naxçıvan şəhərlərində
yerləşən ali təhsil müəssisələrini əhatə
edir.
Hər zaman ilklərə imza atan UNEC-in irəli
sürdüyü bu təşəbbüs ölkə ictimaiyyəti
tərəfindən böyük maraqla qarşılanır.
Millət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycanda
elm və təhsilin inkişafı dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Ölkədə hər bir
sahədə müşahidə olunan dinamik inkişaf elm və
təhsil sektorunda da aşkar şəkildə nəzərə
çarpır. Prezident İlham Əliyevin yüksək diqqət
və qayğısı sayəsində atılan addımlar,
icra edilən Dövlət proqramları bu sahələrdə
keyfiyyətcə yeni inkişaf meyllərinin meydana
çıxmasını, yüksək nəticələrin
qazanılmasını şərtləndirir.
Fatma Yıldırımın sözlərinə
görə, bu gün elm və təhsilin bütün pillələrində
yeni layihələrin reallaşdırılması istiqamətində
mühüm addımlar atılır. Bu layihələrin əhəmiyyəti
böyükdür. Həyata keçirilən dövlət
proqramları da çox vacibdir: "Bu gün ölkəmizdə
elmtutumlu iqtisadiyyat quruculuğu geniş vüsət alıb.
Bu amil iqtisadiyyatın inkişafında vacib rol oynayır.
Peşəkar iqtisadçı mütəxəssislərin
yetişdirilməsində Azərbaycan Dövlət İqtisad
Universitetinin rolu xüsusi vurğulanmalıdır. Eyni zamanda,
UNEC-in həyata keçirdiyi layihələr də elm və təhsilin
inkişafına töhfələr verir. UNEC-in "Elm gözəldir:
məktəbdən elmə" və "Elmin
populyarlaşdırılması" layihələri də
çox təqdirəlayiqdir. Çünki layihələrin əsas
məqsədi gənc nəslin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək, elmi biliklərin kütləvi təbliğini həyata
keçirmək, elmin təbliğatını təşkil
etməklə gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir. Bu məsələdə gənclərin
elmə marağı xüsusi vurğulanmalıdır.
Çünki elmin gələcək inkişafı
üçün yeni kadrların, gənclərin bu sahəni
seçməsi vacibdir. Ona görə də, həyata keçirilən
layihələr bu baxımdan müstəsna önəm kəsb
edir".
Millət vəkili bildirib ki, elm və iqtisadiyyatın
vəhdəti elmtutumlu sahələrin inkişafına
xüsusi töhfə verir, milli iqtisadiyyatın yeni mərhələyə
keçidini, innovativ inkişafa qədəm qoymasını
sürətləndirir. Qarşıya qoyulmuş əsas hədəflərdən
biri də müasir tələblərə cavab verən kadr
hazırlığının və elmi tədqiqatların
aparılması, iqtisadiyyatın inkişaf templərinə
uyğun elmtutumlu sahələrin
formalaşdırılmasıdır. Bu meyarlar ali təhsil
müəssisələri qarşısında da yeni vəzifələr
qoyur, elm-təhsil-iqtisadiyyat quruculuğunun ahəngdarlığının
artırılmasını zəruri edir: "Ali təhsil siyasəti
yeni iqtisadiyyat, sənaye, elm müəssisələri ilə
birgə sıx əlaqəli şəkildə həyata
keçirilməklə mövcud iqtisadi inkişafın tələbələrinə
cavab verməlidir. Ona görə də, UNEC-ın
reallaşdırdığı layihələri yüksək
qiymətləndirirəm".
Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın katibi Günay Əkbərova bildirib ki, elm və
bilik cəmiyyətin inkişafında mühüm rol
oynayır və bu sahədə həyata keçirilən təşəbbüslər
gənclərin elmə marağını artırmaq,
onların dünyagörüşünü və tədqiqatçılıq
bacarıqlarını inkişaf etdirmək baxımından
çox vacibdir: "UNEC-in "Elm gözəldir: Məktəbdən
Elmə" və "Elmin
Populyarlaşdırılması" layihələrinə
start verməsi təqdirəlayiq addımdır və bu, elmin
yalnız akademik dairələrdə deyil, daha geniş ictimaiyyət
arasında da yayılmasına böyük töhfə verəcək.
Dünyada elmi maarifləndirmə və populyarlaşdırma
istiqamətində bir çox uğurlu nümunələr
mövcuddur. Məsələn, ABŞ-da MIT OpenCourseWare layihəsi
elmi bilikləri hər kəs üçün açıq
edir, Birləşmiş Krallıqda Royal Institution Christmas
Lectures məktəblilər üçün maraqlı və
interaktiv elmi seminarlar təşkil edir, Fransada isə F?te de la
Science adlı elmi festival keçirilir, müxtəlif yaş
qruplarına uyğun eksperimentlər və seminarlar təqdim
olunur. Bu kimi təşəbbüslər elmin daha əlçatan
və cəlbedici olmasına kömək edir və UNEC-in bu
sahədə atdığı addım da Azərbaycanın
elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət
daşıyır".
Günay Əkbərovanın dediyinə görə,
elmin populyarlaşdırılması üçün
yalnız nəzəri biliklər vermək kifayət deyil, onu
real həyatla əlaqələndirmək, praktiki və tətbiqi
yanaşmalar təklif etmək lazımdır. İnteraktiv
seminarlar, laboratoriya eksperimentləri, STEM yarışları, gənc
alimlərlə görüşlər və sosial mediada elmi məzmunun
yayılması bu istiqamətdə vacib addımlardır. Gənclər
elmi kitablarda yazılmış quru məlumat kimi deyil, gündəlik
həyatlarında istifadə edə biləcəkləri bir
vasitə kimi görməlidirlər. Məsələn, iqlim dəyişikliyi
ilə bağlı ekoloji layihələr, süni intellekt və
robototexnika üzrə təcrübələr, kosmos tədqiqatları
ilə əlaqəli interaktiv sessiyalar onların elmə
marağını artırmaq üçün effektiv
üsullardır: "UNEC-in bu təşəbbüsü digər
universitetlər, məktəblər və elmi qurumlar tərəfindən
dəstəklənməli, geniş miqyasda tətbiq
olunmalıdır ki, Azərbaycanda elmi düşüncə tərzi
daha da inkişaf etsin və gənc nəslin tədqiqatçılıq
ruhu güclənsin. Mən də elm və təhsil sahəsində
fəaliyyət göstərən bir mütəxəssis kimi
belə təşəbbüsləri yüksək qiymətləndirir,
bilik və təcrübəmi bölüşməyə, gənclərin
elmə marağını artıracaq layihələrdə
iştirak etməyə və dəstək verməyə
hazıram. Elmi cəmiyyətə yaxınlaşdırmaq, onu
sevdirib, həyatın ayrılmaz hissəsinə çevirmək
bizim ən vacib missiyalarımızdan biridir".
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə
görə, Azərbaycan Dövlət İqtisad Universitetinin təşəbbüsü
ilə həyata keçirilən "Elm gözəldir: məktəbdən
elmə" layihəsini şagirdlərin elmə, təhsilə
marağının artırılması baxımından
yüksək qiymətləndirilə bilər: "Hesab edirəm
ki, "Elm gözəldir: məktəbdən elmə"
adlı layihə məktəblilərin elmi biliklərini
artırmaq və biliyin gücünü onlara öyrətmək
baxımından çox böyük önəm
daşıyır. Elimli, bilikli gənc nəslin yetişməsi
üçün elmin təbliğinə məhz məktəbdən
başlamaq vacibdir. Bu baxımdan "Elm gözəldir: məktəbdən
elmə" layihəsini dəstəkləyir və davamlı
olmasını arzulayıram".
Ekspert qeyd edib ki, bu gün gənclər arasında elmə
marağın artırılması üçün əlavə
stimullaşdırıcı tədbirlərə ehtiyac var. Bu
baxımdan "Elmin Populyarlaşdırılması" təşəbbüsü
də mühüm əhəmiyyət daşıyır:
"Müasir Azərbaycan gəncliyi digər sahələrlə
yanaşı, elm və təhsilin də davamlı
inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici
qüvvəsi və gələcək üçün
qarantıdır. Müstəqilliyimizin zəmanəti olan elm,
təhsil və innovasiyalar - bilik, savad və müasirlikdir, gəncliyi
gələcəyə aparan işıqlı yoldur. Elimli gənclik
yetişdirmək üçün onlar arasında elmi biliklərin
kütləvi təbliğini həyata keçirmək, elmi təbliğ
etmək zəruridir. UNEC bu vacib missiya öz üzərinə
götürüb. Əminəm ki, "Elmin
populyarlaşdırılması" təşəbbüsü
çərçivəsində keçirilən
görüşlər, elm adamlarının səsləndirdiyi
fikirlər, gənc nəslin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
verəcək. Elmə marağı olan gənclərin bu
istiqamətə yönəlməsinə təkan verəcək.
Mən UNEC rektoru, professor Ədalət Muradovun təşəbbüsü
ilə elmin, təhsilin inkişafı istiqamətində həyata
keçirilən bütün layihələri dəstəkləyir
və alqışlayıram".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 7 fevral(№23).- S.15.