Gənclər
Kitabxanasında Xanım Aydının kitablarının təqdimatı
Respublika Gənclər Kitabxanasında şair,
yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Xanım
Aydının nəzm və nəsr nümunələrindən
ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimatı
olub.
Kitabxananın direktoru Aslan Cəfərov qonaqları
salamlayaraq təqdim edilən əsərlərdə səmimiyyət,
insanın ən dərin, həssas duyğularının əks
olunduğunu deyib.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis
Yolçuyev müəllifin geniş və çoxşaxəli
yaradıcılığı haqqında danışaraq, onun dərin
məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə
etdiyini diqqətə çatdırıb.
Əməkdar incəsənət xadimi İntiqam
Qasımzadə Xanım Aydının şair təbiətli
nasir olduğunu söyləyərək, onun “Sərçə”,
“Rəngbərəng kəpənəklər” hekayələrində
hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas
məqamlara toxunduğunu, həmçinin uzun illər müəllif
ilə əməkdaşlıq etdiyini dilə gətirib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs,
Prezidentin İşlər İdarəsinin Siyasi sənədlər
arxivinin şöbə müdiri Lamiyə Həsənova,
Respublika “Xatirə Kitabı”nın baş redaktoru Nəzakət
Məmmədova, "Azərbaycan" jurnalının baş
redaktor müavini Südabə Ağabalayeva, Əməkdar
jurnalist Zemfira Məhərrəmli, yazıçı Yunus
Oğuz, filologiya üzrə fəlsəfə doktoru, dosent,
yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar,
AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə
Bakirqızı və digərləri Xanım Aydının
yaradıcı fəaliyyəti barədə fikirlərini
bölüşüblər.
525-ci qəzet .- 2025.- 7 fevral(№23).- S.9.