Xaricdə təhsilə dair Dövlət
Proqramı: gəncliyə və gələcəyə
böyük qayğı nümunəsi
2025-2026-cı tədris ili üzrə "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə
maliyyələşdiriləcək təhsil
proqramlarının siyahısı müəyyən edilib.
Növbəti tədris ili üçün təsdiq
olunmuş təhsil proqramlarının siyahısında 15
prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə
aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris
olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər
dünyanın aparıcı reytinq cədvəllərində
olan və ötən il əhatə olunmayan 11 ölkənin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq imkanı əldə edəcəklər.
Siyahıda bakalavriat səviyyəsi üzrə 1311,
magistratura səviyyəsi üzrə isə 3094 proqram yer
alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən
15 prioritet ixtisas sahəsi əsas götürülməklə
doktorantura proqramlarına qəbul almış şəxslər
Dövlət Proqramına doktorantura səviyyəsi üzrə
müraciət edə bilərlər.
Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher
Education" və "QS World University Rankings" reytinq cədvəllərində
ilk onluqda yer almış ali təhsil müəssisələri
tərəfindən təqdim olunan istənilən ixtisas sahələri
üzrə bakalavriat, magistratura və doktorantura
proqramlarından əldə etdikləri qəbul məktubları
əsasında müsabiqədə iştirak edə biləcəklər.
Mədəniyyət və incəsənət sahəsi
üzrə də nüfuzlu ali təhsil müəssisələri
tərəfindən təqdim olunan bakalavriat və magistratura
proqramları üzrə namizədlərin müraciətləri
qəbul ediləcək.
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına
uyğun olaraq Dövlət Proqramına qəbul üzrə
kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci
ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan
hissəsi bakalavriat səviyyəsini və 20 faizindən
çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə
edəcək.
Millət vəkili Fatma Yıldırımın
sözlərinə görə, Azərbaycanda uğurlu
dövlət gənclər siyasəti həyata keçirilir.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə
Azərbaycanın gələcəyi adlandıran Ulu öndər
Heydər Əliyev gənc nəslə qayğını
heç vaxt əsirgəməyib. Ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə gənc nəslə diqqətin
göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi.
Millət vəkili bildirib ki, Ümummilli lider Heydər
Əliyev gənclər siyasətinin ayrı-ayrı istiqamətləri
üzrə müxtəlif sənədlər imzalayıb. Belə
ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə
iş sahəsindəki fəaliyyətini əlaqələndirmək
məqsədilə Ulu öndər Heydər Əliyevin
1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və
İdman Nazirliyi yaradıldı. Bu nazirlik gənclərlə
iş sahəsində vahid dövlət siyasətinin
reallaşdırılmasını təmin etdi.
Bütövlükdə, əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət gənclər
siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin
izlər buraxıb. Ulu öndərin 1997-ci ildə imzaladığı
Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri
Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında
və Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda təntənəli şəkildə qeyd
edilməyə başlanıb. Hər il gənclərimiz bu
günü böyük coşqu ilə qeyd edirlər.
Millət vəkilinin dediyinə görə, müasir,
müstəqil Azərbaycanın intensiv inkişafını təmin
edən fundamental amillərdən birini də cəmiyyətin ən
dinamik təbəqəsi qismində çıxış edən
gənclərin potensialından səmərəli istifadə təşkil
edir. Gənclər siyasəti ölkədə həyata
keçirilən inkişaf siyasətinin mühüm tərkib
hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sahələrində aktiv fəaliyyəti ilə
seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin
fəaliyyəti üçün dövlətin
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
və gəncliyimiz ölkəmizin gələcəyi
uğrunda inamlı addımlar atmaqdadır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə,
vətənpərvərlik hissinə, milli düşüncəyə
malik gənclərin formalaşdığını diqqətə
çatdıran Fatma Yıldırım əlavə edib:
"Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi
yetişməsinə, gənc ailələrin sosial təminatına
yönələn tədbirləri, təsdiq etdiyi dövlət
proqramları dövlətin uzaqgörən siyasətinin
göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun
artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə
dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissi artıb. Xüsusilə,
gənclərimizin yüksək vətənpərvərlik
ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Məhz onların
rəşadəti sayəsində əldə olunan bu
şanlı Zəfər ölkəmizin ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev bununla bağlı
demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin
fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr
edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən
uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur...
Bizim gənclərimiz hərbi qələbələrimizi
şərtləndiriblər". Gənclərimiz Vətən
uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə
də yüksək fəallıq göstərib, ölkəmizlə
bağlı həqiqətlərin, işğalçı Ermənistanın
əzəli torpaqlarımızda törətdikləri
vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər".
İnsan kapitalının önəmini vurğulayan
deputat deyib ki, Prezident İlham Əliyev tərəfindən
imzalanmış sərəncamlar əsasında reallaşan
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın, habelə "2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin
beynəlxalq rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı"nın nəticəsində 5000-dən
artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində
təhsil almağa müvəffəq olublar. "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı" çərçivəsində
isə hər il 500 nəfərədək Azərbaycan vətəndaşının
xaricdə nüfuzlu ali təhsil müəssisələrində
bakalavriat və magistratura səviyyələrində təhsil
alması nəzərdə tutulub. 2025-2026-cı tədris ili
üzrə "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə
maliyyələşdiriləcək təhsil
proqramlarının siyahısı müəyyən edilib. Bu
il gənclər dünyanın aparıcı reytinq cədvəllərində
olan və ötən il əhatə olunmayan 11 ölkənin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq imkanı əldə edəcəklər.
Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki,
Prezident İlham Əliyev tərəfindən imzalanmış
sərəncamlar əsasında reallaşan "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə
maliyyələşdiriləcək təhsil
proqramlarının siyahısı müəyyən edilib.
Növbəti tədris ili üçün təsdiq
olunmuş təhsil proqramlarının siyahısında 15
prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə
aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris
olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər
dünyanın aparıcı reytinq cədvəllərində
olan və ötən il əhatə olunmayan 11 ölkənin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq imkanı əldə edəcəklər: "Ən
önəmli məqam isə Azərbaycan gənclərinin
yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir.
Azərbaycan gənclərinin vətənə sədaqət
ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər
Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının mühüm istiqamətlərindən
biridir. Gənclərimi məhz bu ruhda yetişdirilib. 44
günlük Vətən müharibəsində və
antiterror tədbirlərində biz bu reallığın
şahidi olduq. Bu da Ulu öndər Heydər Əliyevin gənc
nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər
edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə
qayğısının nəticəsi idi. Beləliklə,
tarixi missiyanı həyata keçirən bizim qəhrəman
gənclərimiz tarix qarşısında, xalq
qarşısında, Vətən qarşısında misilsiz
xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Onların rəşadəti
sayəsində əldə olunan şanlı Zəfər
ölkəmizin ərazi bütövlüyünü və
suverenliyini bərpa etdi. Şübhəsiz ki, Azərbaycan gəncliyi
bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da
inkişafına və güclənməsinə öz töhfələrini verəcəklər.
Bunun üçün bütün imkanlar mövcuddur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 fevral(№24).- S.23.