Əlişir Nəvainin
Bakıdakı abidəsi ziyarət olunub
Dahi özbək şairi Əlişir Nəvainin anadan
olmasının 584-cü ildönümü münasibətilə
görkəmli söz ustadının Bakıdakı abidəsi
ziyarət olunub və ədibin
abidəsi önünə əklillər qoyularaq, gül dəstələri
düzülüb.Tədbir Özbəkistanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığıyla keçirilib.
525.az xəbər verir ki, tədbirdə Özbəkistan
və Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri,
deputat Eldar İbrahimov, Azərbaycan Milli Məclisinin Mədəniyyət
komitəsi sədrinin müavini, deputat Günay Əfəndiyeva,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa
Həbibbəyli, alimlər, ədəbiyyatşünaslar,
Bakı şəhər 53 nömrəli məktəbin rəhbərliyi
və şagirdləri, eləcə də Azərbaycanda
yaşayan özbək icmasının üzvləri iştirak
ediblər.
Mərasim zamanı Özbəkistanın Azərbaycandakı
fövqaladə və səlahiyyətli səfiri Bəxrom
Aşrafxanov, deputatlar və alimlər çıxış edərək
Əlişir Nəvainin ədəbi irsinin dünya
miqyasında əhəmiyyətini, Azərbaycan xalqının
ona öz şairi kimi bəslədiyi hörməti
vurğulayıblar. Həmçinin Bakıda ucaldılan abidənin
Özbəkistan və Azərbaycan arasında möhkəm
qardaşlıq bağlarının parlaq ifadəsi olduğu
xüsusi olaraq qeyd edilib.
Çıxışlarda Azərbaycan-Özbəkistan
əlaqələrinin bütün sahələrdə
uğurlu inkişafı xüsusi vurğulanıb, iki
qardaş xalq arasındakı münasibətlər nəticəsində
Türk dünyasına mühüm töhfələr verildiyi
diqqətə çatdırılıb.
525-ci qəzet .- 2025.- 11 fevral(№25).- S.9.