Gənclər Kitabxanası Əziz Mirəhmədovu sərgi və icmalla yad edib
Bu gün ədəbiyyatşünas, tənqidçi,
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
Əziz Mirəhmədovun 105 illiyi tamam olur. Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
professorun yubileyi münasibətilə “Əziz Mirəhmədov
105” adlı biblioqrafik icmal və virtual kitab sərgisi
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində
Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı
tarixinin, xüsusən də onun yeni dövrünün tədqiq
edilməsi sahəsindəki böyük xidmətləri,
M.F.Axundzadə, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə,
A.Şaiq kimi böyük sənətkarlar, eləcə də
“Molla Nəsrəddin” jurnalı haqqında qiymətli
monoqrafiyaların müəllifi olması haqqında məlumatlar
təqdim edilir.
Biblioqrafik icmal və virtual sərgidə Əziz Mirəhmədovun
müəllifi olduğu “Əhməd bəy Ağaoğlu”,
“Azərbaycan jurnalistləri və naşirləri”, “Azərbaycan
ədəbiyyatına dair tədqiqlər”, “Azərbaycan Molla Nəsrəddini”,
“Ədəbiyyatşünaslıq terminləri lüğəti”
kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri, qısa
annotasiyası və onun haqqında qələmə alınan
məqalələrin siyahısı da nümayiş olunur.
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.9.