Milli
Kitabxanada növbəti sərgi
Milli Kitabxanada ədəbiyyatşünaslığın
görkəmli nümayəndəsi, tanınmış tənqidçi
və mətnşünas alim, Azərbaycan Respublikası Milli
Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar
elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun
105 illiyi münasibətilə virtual və ənənəvi
kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə
professorun elmi tədqiqatları, elmi fəaliyyəti,
transliterasiya və tərtib etdiyi, redaktoru, “Ön söz”
müəllifi olduğu ədəbiyyatlar, dövri mətbuatda
çap olunan məqalələri Azərbaycan və rus dillərində
nümayiş etdirilir.
Virtual sərgi ilə linki vasitəsilə
tanış olmaq mümkündür.
Sərgi bir həftə davam edəcək.
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.9.