Oyun İnklüziv
Teatrı daha bir uğurlu layihə təqdim edib
Məlumat üçün deyək ki, cəmiyyətdəki
sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını
ön plana çıxaran tamaşa real qəhrəmanların
həyat hekayələrinin səhnələşdirilmiş
yozumudur. Tamaşada müxtəlif dövlət teatrlarında
çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi
olan həvəskarlar da rol alıblar.
Bu mənada səhnə aktının əsas məqsədi əlilliyi
olan şəxslərin tanınmış aktyorlarla bir layihədə
iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə
inteqrasiyasına nail olmaqdır.
Tamaşanın ideya və quruluş müəllifi
Saida Hagverdiyeva, quruluşu rəssamı İqbal Əliyevdir.
Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur),
Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül),
Türkay Cəfərli (Murad), Gülçöhrə
Abdullayeva (Bibixanım), Səbinə
Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev,
Kamilə Xəlilova, Babək İsmayılov, Xumar Haqverdiyeva,
Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə
Ağayeva, İlkin Həsənli ifa ediblər.
Tragikomik səhnələrin üstünlük təşkil
etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət,
eləcə də erkən nikah, məişət
zorakılığı, həmçinin sosial şəbəklərin
insan münasibətlərinə mənfi təsiri kimi məqamlar
ön plana çıxarılıb.
Xatırladaq ki, "OYUN" İnklüziv Teatrı
2019-ci ildən fəaliyyət göstərir və burada 30-a
yaxın həvəskar aktyora müxtəlif istiqamətlərdə
səhnə dərsləri, incəsənətin fərqli
yönlərində təlimlər keçilir. Beləcə
art-terapiya xarakterli proses sonda tamaşa ilə yekunlaşır.
Repertuarında hələ ki, 2 tamaşa olan teatr layihəsinin
üçüncü səhnə aktı üzərində
iş gedir və yeni tamaşa martın sonunadək teatrsevərlərin
ixtiyarına veriləcək.
525-ci qəzet .-2025.- 12 fevral(№26).- S.9.