Filarmoniyada Polad
Bülbüloğlunun yubiley konserti keçirilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında görkəmli müğənni, bəstəkar,
Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr
olunan konsert keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a
bildirilib ki, gecədə dirijor Murtuza Bülbülün rəhbərliyi,
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq
artisti Samir Cəfərov (tenor), Əməkdar artist Ramil
Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük
Britaniya) dinləyicilər qarşısında
çıxış ediblər.
Proqramda Azərbaycan xalq mahnıları “Bəri bax”,
“Qara tellər”, “Xumar oldum”, “Noleydi” (səs və simfonik orkestr
üçün işləyəni P.Bülbüloğlu),
Polad Bülbüloğlunun “Konsert valsı”, “Məhəbbət
və Ölüm” baletindən süita (“Meydanda bayram",
“Ölüm dairəsi”, “Yaralı əsgərin gəlişi”,
“Qara Məlikin faciəsi”, “Final”), simfonik rəqslər
(“Qızların rəqsi”, “Şərq rəqsi”, “Yallı” –
ilk ifa), violin və simfonik orkestr üçün konsert (“Agitato”,
“Allegro”, “Lento”, “Vivo”) və “Rapsodiya” əsərləri səsləndirilib.
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.11.