Azərbaycanlı opera sənətçisi
Avropa səhnələrində
Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində
İtaliyanın “Opera 2001” təşkilatı
İspaniya və Fransanın müxtəlif şəhərlərində
Cüzeppe Verdinin “İl Trovatore” (“Trubadur”) operasını səhnələşdirir.
Martın 2-dək nümayiş olunacaq operada
soydaşımız Çinarə Şirin mezzo-soprano səsli
qaraçı Azuçena rolunda çıxış edir.
Soydaşımızın çıxışı
tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanır.
Qeyd edək ki, İtaliyada yaşayan opera sənətçisi
Çinarə Şirin Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə həyata keçirilən
bir sıra layihələrin iştirakçısıdır.
Almaniya Azərbaycanlıları Alyansının İdarə
Heyətinin üzvü, Almaniyada yaşayan pianoçu Səbinə
Məmmədovanın təşkilatçılığı
ötən il martın 3-də Milanda baş tutan “Musiqi sərhəd
tanımır” adlı konsert proqramı da belə layihələrdəndir.
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.11.