Azərbaycan Filippində
beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Filippində fəaliyyət göstərən Manila
Beynəlxalq Məktəbində mədəniyyət
festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildirilib ki, beynəlxalq festivalda 30-dan çox
ölkənin mədəniyyəti, adət-ənənələri
və milli təamları nümayiş olunub.
Filippindəki Azərbaycan diasporu tədbirə 23 nəfərlik
heyətlə qatılıb. Qonaqlara milli mətbəximizin
yarpaq dolması, kələm dolması, ləvəngi,
kükü, Qarabağ kətəsi, dovğa və digər təamları
təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə
qarşılanıb.
Ölkəmizə məxsus stenddə Azərbaycan
xalçası və milli ornamentli suvenirlər də sərgilənib,
ziyarətçilərə Vətənimiz haqqında ətraflı
məlumat verilib.
525-ci qəzet .-2025- 14 fevral(№28).- S.11.