"Düzgün gənclər siyasəti sayəsində özünəinamı yüksək gənclik formalaşıb"

 

Gənclik cəmiyyətin ən dinamik, yeniliyə inkişafa açıq olan, daim irəliyə can atan, ancaq həm həssas qayğıya ehtiyac duyan təbəqəsidir. Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri dövlət müstəqilliyinin bərpa edilməsi, ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə qarşı mübarizənin ön sıralarında olublar. Təsadüfi deyil ki, ölkəmizin azadlığı suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar ölkənin ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdiriblər. Bu gün Azərbaycanda köklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılması onların dövlət quruculuğunun inkişafında irəli çəkiıməsi bir daha sübut edir ki, gəncliyə diqqət daha da artıb.

Hazırda gənclər siyasətinin əsas istiqamətlərindən biri təhsil, idman, əyləncə digər infrastruktur layihələrin həyata keçirilməsidir ki, bu sahədə xeyli işlər görülüb. Tikilən Gənclər evi mərkəzləri gənclərin inkişafını maraqlarını təmin etmək, asudə vaxtlarını səmərəli təşkil etmək onlara sosial dəstək göstərmək məqsədi daşıyır. Gəncliyə göstərilən dövlət qayğısı artıq öz bəhrəsini verməkdədir. Gənclərimiz indi dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında s. sahələrdə layiqincə təmsil olunur cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Sevindirici haldır ki, son illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizindən çoxunu gənclər təşkil edir.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, atılan hər bir addım ilk növbədə gənclərimizin bu həyatda özlərinə inamlı yer tutması üçündür. Azərbaycan gənci bu gün səngərdə əsgər, aparıcı klinikalarda həkim, ölkəsini dünyada layiqincə təmsil edən diplomat, sadə bir adamıdır. Gənclərimiz təhsil almaqda, öz karyerasını xoşbəxt ailəsini qurmaqda dövlətinin dəstəyini hiss edir. Bu siyasət var bundan sonra da davam edəcək: "Mən indiki gənc nəslin bizdən daha şanslı daha böyük imkanları olan dövrdə yaşadığını vurğulamaq istəyirəm. İndiki gənclikdə olan imkanlar şərait bizim dövrdə yox idi. Biz məhdud bir cəmiyyətdə yaşayırdıq, dünyaya çıxışımız yox idi, bir çox yerlərdə, o cümlədən açıq fikir bildirməkdə ciddi məhdudiyyətlər var idi. İndi isə gənclərimiz sərbəstdirlər, gənclər dünyanı görə, müstəqil şəkildə bir çox mənbələrə müraciət edə bilirlər. Gənclərimiz xalqımızın əsl tarixini bilir, halbuki biz o tarixi 40-50 yaşımızda öyrənməyə başladıq. Eyni zamanda indiki gənclik dövlətimiz qarşısında duran problemləri daha aydın dərk edir özlərini həmin problemlərin həllinə yönəldə bilir. Gənclərimiz hazırlıqlıdırlar, həmçinin çox vətənpərvərdirlər, daima öyrənməyə çalışırlar. hərdən mənə elə gəlir ki, mən onları öyrətmirəm, onlar məni öyrədir. Bu, mənim üçün xoşdur. İndiki gəncliyə baxanda fikirləşirəm ki, gələcəyimiz üçün arxayın olmaq olar. Gənclər Vətənimiz üçün bizdən daha çox görəcəkdir".

Millət vəkili Sevinc Hüseynova deyir ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Həmin dövrə qədər isə ölkəmizdə gənclərə diqqət mövcud deyildi. Cəmiyyətin ən aktiv hissəsi olan gəncliyə onu narahat edən problemlərə laqeyd münasibət var idi. Amma bütün bunlara baxmayaraq, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. Ümummilli lider Heydər Əliyev hüquqi dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirib müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb: "Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi davam etdirilməklə yanaşı, inkişaf etdirilib. Məhz bunun nəticəsi olaraq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu öndərin diqqət mərkəzində olub. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi hesab edilir. Bununla yanaşı, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirib".

Millət vəkili bildirib ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən düzgün gənclər siyasəti sayəsində gənc nəslin ictimai-siyasi həyatdakı rolu artıb, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı, özünəinamı yüksək gəncliyin formalaşmasına şərait yaranıb. Dövlətin gənclərə dəstək diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, ölkə başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb".

Millət vəkili Afət Həsənova deyir ki, müstəqilliyimizin ilk dövründə ölkədə hökm sürən xaos, özbaşınalıq gənclərə ciddi mənfi təsir göstərmişdi: "Azərbaycan gəncliyi gələcəyi təhlükə altına düşmüşdü. Gənclər müxtəlif siyasi qüvvələr tərəfindən öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə edilirdi, təhsildən kənarda qalır, vətənpərvər ruhda yetişdirilməsi üçün heç bir addım atılmırdı. Məhz Ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra gəncliyimiz bu bəladan xilas oldu, dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər İdman Nazirliyi yaradıldı. Eyni zamanda gənclərin təhsilinə xüsusi diqqət yetirildi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi davam inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı".

Deputat bildirib ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O vurğulayırdı: "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır öz xidmətlərini göstərməlidir".

A.Həsənova qeyd edib ki,  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu: "Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması digər bu kimi tədbirlər gənclərimizin inkişafı vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdilər".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.23.