“Sözü oxucuya qovuşduran sənət bayramı”
hazırlanıb
Respublika Gənclər
Kitabxanasında 14 fevral-Beynəlxalq
Kitab Bağışlama Günü
ilə əlaqədar “Sözü oxucuya qovuşduran sənət
bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
Sərgidə mütaliənin şəxsiyyət
olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi
aləminin zənginləşməsində olan əvəzsiz
rolundan bəhs edilib.
Materialda kitabxanada təşkil edilən kitab təqdimatları,
ekskursiyalar, aksiya və görüşlərdən
fotogörüntülər, yeniyetmə və gənclər
arasında kitaba marağın artırılması məqsədilə
həyata keçirilən tədbirlər haqqında məlumat
verilib. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan sərgidə “Ulu öndər Heydər
Əliyevin kitab və kitab nəşri haqqında müdrik
fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”,
“Azərbaycan kitabının bədii və texniki tərtibat
tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat
işinin əsasları və təşkili”, “Türk
xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi
20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa
annotasiyası ilə yanaşı, dövri mətbuat nümunələri
də sərgilənib.
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.19.