Gənclər Kitabxanası İntiqam Mehdizadəni yad edib
Respublika Gənclər Kitabxanasında
yazıçı-publisist, jurnalist, ssenarist İntiqam Mehdizadənin
(1945-2022) 80 illiyi münasibətilə onun həyat və
yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi
və vəsait hazırlanıb.
Kitabxanadan bildirilib ki, daycestdə (https://ryl.az/funds/daycest)
İntiqam Mehdizadənin özünəməxsus
yaradıcılıq keyfiyyətləri təsvir edilib, “El istəkli,
Vətən istəkli İntiqam Mehdizadə” adlı məqalənin
tam mətni verilib.
Materialda həmçinin yazıçının
müxtəlif qəzet və jurnallarda çap edilən “Vahidimiz
Əzizimiz”, “Rənglər, yaxud yaddaşlardan silinməyən
Səməd Mənsur hikmətləri”, “Xocalı gəzişmələri”,
“Səs yadigarı”, “Fəlsəfə və biz - Bu gün
dünəndən başlayır” kimi 30-a yaxın məqaləsinin
biblioqrafik təsviri, qısa annotasiyası və elektron
keçid yer alıb.
Virtual kitab sərgisində İntiqam Mehdizadənin
yaradıcılıq nümunələri ilə yanaşı,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru akademik Rafael Hüseynovun yazıçı
haqqında söylədiyi dəyərli fikirlər,
yazıçının öz səs yazıları da təqdim
edilib. Sərgidə İntiqam Mehdizadənin
“İşığa çıxmış düşüncələr”,
“Maralı qoca dağlar”, “Ömür belə keçir” kimi
kitablarının qısa annotasiyası da verilib.
Material kitabxananın rəsmi saytında
https://ryl.az/multimedia/intiqam-mehhdizade-80 yerləşdirilib.
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.14.