"Sevgi haqqında": Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzində
poetik tamaşa
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində
Leyla xanım Əliyevanın şeirləri əsasında
hazırlanmış “Sevgi haqqında” adlı kiçik ədəbi-poetik
tamaşanın premyerası olub.
Fevralın 13-də nümayiş olunan tamaşanın
rejissoru Raulya Türkkan, xoreoqrafı isə Əməkdar
artist Nigar Rzayevadır.
Səhnə işində Azərbaycanın Əməkdar
artistləri Milana Sokolenko və İnna İmranova da daxil
olmaqla, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının
aktyorları, həmçinin onların həmkarları Ruslana
Pavlova, Aydan Axundzadə və Aylin Türkkan iştirak ediblər.
Gecənin rəsmi hissəsini mərkəzin direktoru
Anna İbrahimbəyova açıb. O,
çıxışında gecənin əhəmiyyətini
vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin
qeyd edilməsi ilə bağlı bu gün sərəncam
imzaladığını xatırladıb.
Sonra tamaşa nümayiş olunub.
Səhnə əsərini Prezident Administrasiyası
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət
naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı
Hicran Hüseynova, Əməkdar incəsənət xadimi
Cahangir Səlimxanov, Əməkdar artist Oleq Əmirbəyov və
tanınmış mədəniyyət xadimləri izləyiblər.
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.14.