“Hamlet” Rus Dram
Teatrının səhnəsinə çıxacaq
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında
Uilyam Şekspirin əsəri əsasında “Hamlet”
tamaşası hazırlanır. Premyera 7-9 mart tarixlərinə
nəzərdə tutulub.
Dünya dramaturgiyasının məşhur nümunəsinə
Xalq artisti Aleksandr Şarovski quruluş verir.
Quruluşçu rəssam Əməkdar mədəniyyət
işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı
Əməkdar mədəniyyət işçisi Olqa Abbasova,
işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı
Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət
işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır.
Tamaşada Əməkdar artistlər Murad Məmmədov,
Teymur Rəhimov, Salman Bayramov, Həcər Ağayeva, Mariya
Dubovitskaya, teatrın digər aktyorları rol alıblar.
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.14.