Tanınmış
uşaq yazıçısı Zahid Xəlilin məktəblilərlə
görüşü keçirilib
Fevralın 17- si Xətai Rayonunda yerləşən
Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbdə
21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə
“Doğma dilim Ana dili” adlı tədbir keçirilib.
525.az xəbər verir ki, tədbir çərçivəsində
tanınmış uşaq yazıçısı, filologiya
elmləri doktoru, professor Zahid Xəlilin şagirdlərlə
görüşü təşkil olunub. Tədbirdə
filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimova, Xətai
Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər
üzrə şöbəsinin müdiri Pənah İmanov, məktəbin
müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə
44 günlük müharibədə canından keçən
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Məktəbin direktoru Günel Səmədova əvvəlcə qonaqları
salamlayıb və Ana dilinin əhəmiyyətindən danışıb.
Millət vəkili Elnarə Akimova öz
çıxışında ana
dilinin qorunması və təbliğində rol oynayan amillərə
diqqət çəkib və
dilimizin saflığının qorunmasında uşaq ədəbiyyatının
xüsusi rolu olduğunu vurğulayıb. Zahid Xəlilin zəngin
yaradıcılığından söhbət açan Elnarə
Akimova şairin 44 günlük müharibəyə həsr
olunmuş “Dəmir Yumruq” dastanından bəhs edib. Millət vəkili
sözügedən kitabı uşaq ədəbiyyatına dəyərli
töhvə kimi qiymətləndirib. Xətai Rayon İcra
Hakimiyyətinin İctimai-Siyasi və
Humanitar Məsələlər üzrə şöbəsinin
müdiri Pənah İmanov məktəblərdə bu cür
tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini
vurğulayıb və bu cür görüşlərin
şagirdlərin yaddaşında əvəzolunmaz iz
qoyduğunu qeyd edib.
Tədbirin bədii hissəsində məktəbin
istedadlı şagirdlərinin ifasında bir-birindən
maraqlı kompazisiyalar, musiqi və rəqs nömrələri
təqdim olunub. Zahid Xəlilin “Yeddirəngli muncuq” şeiri və
Sevinc Nuruqızının
“Ağabəyim Ağa”
hekayəsi əsasında
hazırlanmış səhnəciklər, Şah
İsmayıl Xətai kompazisiyası tədbir
iştirakçıları və qonaqlar tərəfindən
maraqla qarşılanıb.
Daha sonra Zahid Xəlil şagirdlərin
ünvanladığı maraqlı sualları
cavablandırıb. Tədbirin sonunda görüşdən məmnunluğunu ifadə edən
Zahid Xəlil şagird və müəllim kollektivi ilə
xatirə fotosu çəkidirib.
525-ci qəzet .- 2025.- 18 fevral(№30).- S.16.