Niderlandda Azərbaycan
bəstəkarlarının əsərləri səsləndirilib
Niderland Krallığında fəaliyyət göstərən
Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyəti milli musiqi və
mədəniyyətimizin tanıdılmasına öz töhfəsini
verir.
Cəmiyyətin sədri Firəngiz
Bağırovanın təşkilatçılığı
ilə Niderlandın Amersfort şəhərindəki uşaq
musiqi məktəbində Azərbaycan və xarici bəstəkarların
əsərlərindən ibarət konsert keçirilib.
Musiqi Məktəbləri Birliyinin müraciəti əsasında
təşkil olunan konsertdə F.Əmirov, Q.Qarayev,
T.Bakıxanov, S.Rüstəmov və M.Mirzəyev əsərləri
də ifa edilib. Azərbaycan musiqisinin əsrarəngizliyi dinləyiciləri
məftun edib.
Uzun illər Azərbaycan musiqisini Niderlandda təbliğ
edən Firəngiz Bağırova bəstəkarlarımız
və onların əsərləri haqqında məlumat verib.
O, həmçinin Niderlandın müxtəlif şəhərlərində
təşkil etdiyi konsert və tədbirlərdən
danışıb.
Konsert Azərbaycan Respublikasının Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə baş tutub.
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.9.