Anarın Türkiyədə yeni
kitabı çıxıb
Türkiyənin nüfuzlu "KeTeBe" nəşriyyatı
görkəmli yazar və tərcüməçi İmdat
Avşarın çevirisində Xalq yazıçısı
Anarın silsilə kitablarını çap edir. Xəbər
verildiyi kimi keçən il müəllifin "Ağ
liman" povesti, "Beş mərtəbəli evin
altıncı mərtəbəsi" romanı və "Təhminənin
son sirri" hekayələri kitab şəklində nəşr
edilmişdi. Bu günlərdə həmin silsilədən yenə
İmdat Avşarın çevirisində "Bir fürsət
bulsam" ("Macal"), "Dantenin yubileyi", "Otel
otağı" povestləri, "Balaca Fuadın son
xahişi", "Kəbirlinskinin son etirafı",
"Mühəqqəq görüşürüz-mütləq
görüşərik" hekayələrindən ibarət
olan kitab işıq üzü görüb. İlk dəfə
türkcəyə uyğunlaşdırılan hekayələrdən
başqa roman və povestlər ayrı çevirilərdə
Türkiyədə dəfələrlə nəşr olunub.
Kitabın sonunda belə
bir yazı verilib: "Bu kitab, kəlmələrlə
dünyanı yenidən inşa edən dil memarı Anarın əsərlərini
bir araya gətirir. Müəllif "böyük
qayğılarıyla, kiçik sevincləriylə"
yaşayan insanı və həyatı anlatmaq
üçün çıxdığı yollarda sıradan
insanların qeyri-adi sərgüzəştlərini izləyir
və insanlığın ortaq problemlərini həssaslıqla
qələmə alır. Anar insanların
yalqızlığını, varlığın mənasıni
araşdırır, dağınıq dünyalarıyla rəsm
etdiyi xarakterlərin zaman, həqiqət və vicdan
işığında qələmə alarkən yazıçı
həyatın mürəkkəbliyini göstərən bənzərsiz
bir baxış açısı sərgiləyir.
Azərbaycan cəmiyyətinin
20-ci əsrdə yaşadığı böyük dəyişikliklərə
ayna tutan, Sovet, xüsusiylə də Stalin dönəminin
zorluqlurına, aşkarlıq və yenidənqurma siyasətinə,
Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla
yanaşan Anar mühitin dərin arxa planını təsvir edərkən
ara-sıra meydana çıxan əxlaqi aşınmanın,
qeyb olan mənəvi dəyərlərin, insan ruhunun
dolaşıq və qaranlıq tərəflərinin də mənzərəsini
canlandırır".
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.9.