“Zaur Ustacın poetik
dünyası” adlı yeni kitab işıq üzü
görüb
Tanınmış şair, “Yazarlar” jurnalının
baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr
olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab
işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş
növbəti kitabın müəllifi Azərbaycanın ilk
peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü,
şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü
belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndələrindən
biri kimi oxucular tərəfindən sevilən, şeirləri
ilə ürəkləri ovsunlayan, yazıçı,
şair, tərcüməçi və publicist, dəyərli
ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən
başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin
sistemli şəkildə geniş aspektdə təhlilindən
ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər,
ali və orta təhsil müəssisələri müəllimləri,
tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar
və Azərbaycan ədəbiyyatı, mədəniyyəti
ilə maraqlanan hər kəs üçün nəzərdə
tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə
Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz
qabığının rəsm tərtibatıçısı
Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində
mötəbər mənbələrə və Azərbaycanın
Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə
Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə,
ədəbiyyat tənqidçilərinə istinad edir.
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.9