Gənclər
Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları”
Respublika Gənclər Kitabxanası şəhid və
qazilərimizin əziz xatirəsinə həsr edilən
“Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini
davam etdirir.
Kitabxanadan bildirilib ki, layihə çərçivəsində
60-dan çox Vətən müharibəsi qəhrəmanı
haqqında məlumatlandırıcı videomateriallar
hazırlanıb.
Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar
unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim
edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin
vətənpərvərlik mövzusunda söylədikləri
fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat
nümunələri və elektron keçidlərin
siyahıları yer alıb.
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.11.