Şahmar Əkbərzadə adına mükafatın laureatları məlum oldu  

 

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2017-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin Modern.az-a bildirdiyinə görə, builki laureatların siyahısı Giya Paçxataşvili, Flora Xəlilzadə, Vüsal Nuru və Anar Amindən ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 17 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə, bir nəfər gənc şairimizə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

 

525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.11.